hemle

Bəs Ayseli kim çəkib videolarda???

Tarix:27-08-2020, 23:22
Baxış Sayı:682

ATESH,AZ saytı yayımladı.
Qalmaqallı toy çəkilişləri bimənalı olaraq AVROVIZIYA təmsilçimiz Aysel Teymurzadənin (Adıgözəlzadə) əl işi deyil. Heç orada xidmət göstərmiş ofisiantların da əl işi deyil.
Bu çəkiliş konkret baş işidir...
Görünən o ki, çəkiliş əvvəldən planlı və məqsədli olsa da əsas hədəf tam fərqli olub. Başqa sözlə görüntü ev sahiblərinə qarşı deyil məhz bəzi qonaqlarına qarşı yönəlib. Sonra...
Sonra görüntülərin içtimailəşməsi Ramiz Mehdiyevin adı ətrafında yaranmış söz-söhbət istəmədən mövcud xaotik vəziyyətlə nəticələnib.
Məsələn görüntülərə hətta azacıq diqqət bir neçə SADƏ suala aydın cavab istəyir .
1. Abel Məhərrəmovun Ramiz Mehdiyev qarşısında “xırda” tostu dünyaca məşhur forslu müğənninin nəyinə lazım ola bilərdi ki, Aysel Teymurzadə keyfi-dəm zamanını küncütlü toyuğun budları arasından vurulmuş rektorun hətta ənsəsi üzərindən olmaqla oğrun-oğrun kameranın yaddaşına köçürməyə sərf etsin?
2 . Əvvəl “əcəb etmişik” sonra “aldadıldıq” deməklə toya aş qara qədər xüsusi şirinlik qatmış Millət vəkili və Ombudsman cütlüyünü görüntüləmək üçün Aysel Teymurzadə nə üçün bu qədər əziyyət çəkib partizan rakursu seçiməli idi ?
3. Sayca 3 cü olan yeni görüntülərdə kameranın əsə-əsə sağa-sola, gah çıl-çırağı, gah döşəməni çəkməsi və ya birdən cəmiyyətin tanınmadığı adamın üzərinə gediş etməsi (nayezd), sonra yenidən ürkək halda kameranın tavana istiqamətlənməsi və sürətli sağa-sola mənasız narahat və tələsik diversant çəkilişləri, statik ailə planlarına çoxdan vərdiş etmiş səliqəli səhnə adamına nə üçün bu qədər vacib olsun?
4. Aysel Teymurzadə toyda demək olar bütün xanımlar kimi özünü, həyat yoldaşını, yaxın rəfiqələrini deyil niyə məhz siyasi fiqurların tostlarını və ya onların statuslu xanımlarını lentə alsın ?
5. AVROVIZIYA təmsilçimiz “Santa Barbara” serialı kimi hər gün yeni görüntülər paylaşmaqla cəmiyyətəi nəyə hazırlayır ?
5,6,7 və s .....)
Belə suallar çoxdur. Qəribə və gülməli isə odur ki, Aysel Teymurzadənin özü də bu görüntülərdə var
Bu zaman isə başqa sual ortaya çıxır.
Diqqəti Aysel Teymurzadəyə yönəltməklə iz azdıran məqsədli qonaq kimdir?
P.S İstənilən halda AMEA prezidenti xüsusi karantin rejimini pozduğu üçün mütləq qanun qarşısında cavab verməlidir. Ən azından həm də ona görə ki, cənab Mehdiyev məhz özü cəmi bir neçə ay əvvəl Prezident İlham Əliyevə yoluxma hallarının məhdudlaşdırılmasının vacibliyi barədə XÜSUSİ MƏKTUBLA müraciət etmişdi. İndi isə incik tonda dürüstlükdən danışır...


ATESH,AZ
Rüstəm Əbülfətoğlu.

Digər xəbərlər
19:48 İnfarktı əngəlləməyin sadə yolu....
19:45 Bu şəxslər Türkiyəyə şəxsi maşınlarla gedə bilər
19:43 Hərbçilərimizin düşdüyü qəzada ölənlərin sayı 7-yə çatdı
19:32 Sabah Yasamalda qaz olmayacaq
19:27 Hər 7 gəncdən birində bu problem var: ölümlə nəticələnir
19:25 Putin: "KTMT Qarabağda Ermənistanın tərəfində döyüşməməli idi"
19:22 Parlamentdə U dönüşü: Deputatların "şparqalka"sını kim hazırlayıb?
09:39 Ağız və dişlərə qulluq nə üçün vacibdir?