hemle

Aldadılmış Siyavuş Novruzovun həzin sonu - VİDEO

Tarix:24-08-2020, 23:39
Baxış Sayı:506

hemlemedia.az saytı yayımladı.
Son günlər baş verən hadisələr ölkə gündəmini bir-birinə qatdı. Maraqlısı odur ki, millətin sözünü deyən şəxslərin, indi xalqa deməyə nə sözü var, nə də üzü.

Ölkə ərazisində karantin rejimi tətbiq olunur və vətəndaşlar da bu qanunlara əməl edirlər. Amma bəzi vəzifəsindən və ya özündənrazı məmurlar nədənsə dövlətin qərarlarına saymazyana yanaşırlar. Görəsən nədir onları bu qədər rahatlaşdıran?

Çox keçmədi ki, həmin toyda iştirak edən və cərimələnən Siyavuş Novruzov düşdüyü vəziyyətdən üzüağ çıxmaq istəyərkən özünü daha da çətin duruma saldı. Belə ki, o öz sosial şəbəkə hesabında yazdığı statusda Ramiz Mehdiyev tərəfindən aldadıldığını bildirdi.

Sitat: “Mən Ramiz Mehdiyevin dəvət zəngi zamanı möhtərəm Prezident İlham Əliyevin adını çəkdiyinə görə toyda iştirak təklifini tərəddüdsüz qəbul etmişəm və sözügedən mərasimdə ailəlikcə iştirak etmişik”.

Buradan ortaya belə bir sual çıxır. Görəsən həqiqətənmi, bu sözləri Ramiz Mehdiyev deyib? Bu da məsələnin görünməyən tərəfi...

Tənqidlərə və təzyiqlərə tab gətirməyən Siyavuş Novruzov bu gün YAP sədri, Prezident İlham Əliyevə müraciət edərək onu partiyada tutduğu vəzifədən azad etmək barədə xahiş edib.

Kaş ki, biz jurnalistlər müsahibə almaq üçün sizə müraciət edəndə də belə operativ çalışardınız...

Bu toy hələ çox danışılacaq. Bir çoxlarına da dərs olacaq.
hemlemedia.az

Digər xəbərlər
16:54 Sürücülərin NƏZƏRİNƏ: bu küçə təmirə bağlanır
16:48 Mənzilimizi niyə sığorta etdirmək istəmirik? - Qanun var, amma...
16:45 Həftəsonu bəzi yerlərə yağış yağacaq
16:43 Ambulator müalicə alan xəstələrə şad xəbər: Pulsuz dərman təminatı nə vaxt başlayacaq?
16:34 Polkovnik: 972 mina xəritəsi Azərbaycana təhvil verilib, 8-i isə hazırlanır
14:16 Qonşu ölkə işıqsız qaldı
14:13 Bank kartınızdakı pulları belə qoruyun
14:11 Çinin Zəngəzur dəhlizinə yanaşması diqqət çəkir - "Kaspi"nin TƏHLİLİ