hemle

Onlayn layihə! "POLAD iradəli MÜBARİZ Vətənpərvərlərik!"

Tarix:12-08-2020, 08:24
Baxış Sayı:1 242

ATESH,AZ saytı yayımladı.

Ordumuza dəstək məqsədilə onlayn layihə keçirilib
Məlum olduğu kimi, 2020-ci il iyulun 12-dən etibarən Ermənistan Silahlı Qüvvələri Azərbaycan Dövlət Sərhəd Xidmətinin Tovuz rayonunda yerləşən mövqelərini iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutub. Silahlı Qüvvələrimiz düşmənin cavabını layiqli şəkildə verərək onların növbəti təxribatının qarşısını alıblar. Döyüşlərdə Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov, polkovnik İlqar Mirzəyev və müxtəlif rütbəli hərbiçilərimiz qəhrəmancasına həlak olub, şəhidlik zirvəsinə yüksəliblər.
Qısamüddətli döyüşlər zamanı ölkəmizin hər yerində minlərlə vətəndaşımızın iştirak etdiyi izdihamlı aksiyalar keçirilib, ordumuza dəstək ifadə olunub. Yaşından, sosial mənşəyindən asılı olmayaraq əhalinin bütün təbəqələrindən olan insanlarımız əllərində üçrəngli bayrağımızı tutaraq küçələrə axışıb, meydan və prospektləri doldurub və "Qarabağ", "Qarabağa azadlıq" “Vur keç səngəri, Azərbaycan əsgəri” və digər vətənpərvərlik şüarları səsləndiriblər. Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olan hərbçilərimizin son mənzilə yola salınmaları da minlərlə vətəndaşın iştirakı ilə keçirilib, onların xatirəsi bütün ölkədə ehtiramla yad olunub.

Erməni təxribatı dəf edildikdəın sonra ölkə rəhbərliyi tərəfindən şəhidlərimizin xatirələrinin əbədiləşdirilməsi istiqamətində addımlar atılır. Söz yox ki, bu hadisələr vətənini, torpağını sevən hər bir vətəndaşı narahat etməyə bilməz. Odur ki, müxtəlif peşə sahibləri, iş adamları, adi vətəndaşlar şəhid olan hərbiçilərimizə öz ehtiramlarını müxtəlif üsullarla ifadə edir, çeşidli layihələr həyata keçirirlər.
Bu cür nəcib təşəbbüslərdən birinə bugünlərdə ADMİU-nun müəllimi, Pedaqogika üzrə fəlsəfə doktoru Nərmin Kamilova imza atıb. Paytaxtımızın müxtəlif orta məktəblərində təhsil alan şagirdlərin və musiqi müəllimlərinin iştirakı ilə qəhrəman əsgərlərimizə dəstək olmaq məqsədilə online layihə həyata keçirilib.
Layihədə Bakı şəhəri üzrə 7, 32, 68, 71, 116 ,201, 261, 263, 288, 306, 313, 328 və 329 saylı orta ümumtəhsil məktəbləri, S.C.Pişəvari adına Respublika Humanitar fənlər gimnaziyasının şagirdləri və musiqi müəllimləri: Məcidova Xatirə, Verdiyeva Samirə, Rzayeva Elnurə, Qurbanova Məryəm, Əliyeva Şəhla, Səlimova İradə ,Süleymanova Zərifə, Məmmədova Zərifə, Qasımova Yeganə, Hacıyeva Natəvan, Heydərova Nailə, Ağamoğlanova Almaz, Bədəlova Sevinc, Əliyeva Könül, Mirbağırova Şəhla iştirak ediblər.
Online layihənin əsasını C.Quliyev və Ə.Kaminin ərsəyə gətirdikləri “Əsgər marşı” təşkil edib. Layihədə olduqca böyük həvəslə iştirak edən şagirdlər ayrı-ayrılıqda səs yazılarını və video görüntülərini göndəriblər. Müəyyən hallarda bəzi şagirdlər hətta bir neçə video və səs yazısı yollayıblar. Yekunda toplanan materiallar təhlil olunub və rejissor Xalid Dadaşov maraqlı və təsirli video-çarx hazırlayıb. Nərmin Kamilova layihədə həm də dirijor olaraq iştirak edib. Nəticədə kiçik yaşlı məktəblilərimizin əllərində Azərbaycan bayrağını tutaraq “Əsgər Marşı” oxumaları olduqca yaddaqalan süjetə çevrilib.


Müharibə şəraitində yaşayan ölkəmizdə müəllimlərin pedaqoji işinin əsasını şagirdləri vətənpərvər ruhda yetişdirməkdir. Müəllim və şagirdlərimizin işğal olunmuş torpaqlarımızın azadlığı uğrunda gedən mübarizədə əsgər və zabitlərimizə dəstəklərini ifadə etmələri isə ən xoş sözlərə layiqdir. /ENS.AZ/
ATESH,AZ

Digər xəbərlər
09:46 Paşinyan: "Azərbaycanla sərhədin delimitasiya olunan hissələrindən Aİ missiyasını çıxarmağa hazırıq"
09:45 "WhatsApp"dan möhtəşəm funksiya: Səsli mesajlar mətnə çevrilir
09:41 ÜST-dən meymunçiçəyi ilə bağlı qərar
09:39 Avtomobilin işıq cihazına "plyonka" çəkənlərin DİQQƏTİNƏ: Cərimə gözləyir?
09:38 Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
09:36 Ukraynanın əkin torpaqları hansı ölkələrə satılıb? – İnanılmaz faktlar
09:35 Putin bu raketlərlə bağlı müşavirə keçirdi - "Dünyada onların qarşısını alacaq silah yoxdur"
09:33 İrəvan Bakıya qarşı bu iddialardan imtina etməyə hazırdır - Paşinyan