ATESH,AZ saytı Fedai.az saytına istinadən yayımladı.
Bakıda taksi xidmətiylə məşğul olan müharibə veteranımız Namiq Paşayev Binəqədi rayonu Mərkəz (Sentralnıy) adlanan və Mister tum yerləşən əraziyə sifariş qəbul etdiyi üçün «navigator Baku Sity Guide» xidmətini işə salır. Gösttəriən ünvandan dəhşətə gələn döyüşçü qardaşımız Namiq Paşayev, həm də ziyalı veteranlarımızdan olduğu üçün bu məsələni ictimailəşdirmək üçün dostlarıyla paylaşır.
Üzdəniraq (gey) Qaragin Njdenin kimliyi barədə faşist kəlməsi yetərlidir və ölkə rəhbərinin mövqeyini hər kəs bilir. Çox güman ki, bu da içimizdəki erməni əsillilərin növbəti təxribatı və gövdə nümayişidir.
Aidiyyatlı orqanlar bu işi nəzarətə götürməlidirlər. Google-ni deyirsən, deyirlər bizlik deyil, o birisi, bu birisi… eyni cavab. Bəs nə bizlikdi? Təkcə xalqı cərimələmək və korrupsiyaya uğramaqmı bizim işimizdir?
Xatırladaq ki, Azərbaycanın işğal edilmiş Xocavənd rayonunda (Martuni) Njdeyə heykəl qoyulub. Bu barədə prezident İlham Əliyev Türkmənistanın paytaxtı Aşqabad şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında demişdi: «1942-ci ildə o, Sovet İttifaqına qarşı döyüşən erməni legionu təşkil edib. Yeri gəlmişkən, Njdenin əsas şüarı belə idi: “Almaniya uğrunda həlak olan Ermənistan uğrunda həlak olur”. Burada şərhə ehtiyac yoxdur. Njde həbs olundu və Vladimir həbsxanasında ömrünü başa vurdu. 2016-cı ildə Ermənistan paytaxtının mərkəzində bu satqın cəllada hündürlüyü 6 metrə yaxın olan heykəl qoyulub. Təəssüf ki, Ermənistanın yeni hakimiyyəti bu heykəli götürməyib. Hesab edirəm ki, MDB məkanında faşizmin qəhrəmanlıq kimi qələmə verilməsinə yer yoxdur.»
Mövzuya qayıdacağıq…
Fedai.az Araşdırma Qrupu
ATESH,AZ