hemle

DİN MƏLUMAT YAYDI – BU QURUMLARIN ƏMƏKDAŞLARI…

Tarix:3-07-2020, 16:25
Baxış Sayı:340

Müdafiə Nazirliyinin Mətbuat Xidməti xüsusi karantin rejiminə riayət olunmasına nəzarət etmək üçün Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşlarına kömək məqsədi ilə Azərbaycan Ordusunun bəzi bölmələrinin də bu işə cəlb olunduğunu bildirib.

hemlemedia.az saytı ONN media agentliyinə xəbər verir ki, bununla əlaqədar DİN-in Mətbuat Xidmətindən qeyd edilib ki, ölkəmizdə xüsusi karantin rejimi tətbiq ediləndən bugünədək, təxminən 4 aydır ki, polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları gücləndirilmiş iş rejimində fasiləsiz olaraq nəzarət tədbirlərini həyata keçirirlər.

Bu müddətdə əməkdaşlarımız məzuniyyətə çıxmadan, hətta həftənin bazar günləri öz xidmətlərini davam etdiriblər. Ona görə də tək Müdafiə Nazirliyinin deyil, eləcə də Fövqəladə Hallar Nazirliyinin, Sərhəd Qoşunlarının, yerli icra hakimiyyətlərinin əməkdaşları xüsusi karantin rejiminə nəzarət prosesində zərurət yarandığı təqdirdə polis əməkdaşlarına və Daxili Qoşunların hərbi qulluqçularına kömək məqsədi ilə bu işə cəlb olunurlar.

Fürsətdən istifadə edərək bu çətin və məsuliyyətli işdə Daxili İşlər Nazirliyinin əməkdaşlarına kömək edən bütün qurumlara və vətəndaşlara öz təşəkkürümüzü bildiririk.

Digər xəbərlər
10:26 Qara dəniz üzərində 3 raket məhv edildi - Kim atıb?
10:23 Bu şəxslər yenidən həbs oluna bilər
10:21 Azərbaycanda Qurban bayramı qeyd olunur
10:17 Çinin yeni gizli döyüş təyyarəsi - Görün nələrlə təchiz edilib
10:15 Rusiya HƏRƏKƏTƏ KEÇDİ - Ukraynada kritik infrastrukturlar VURULUR
10:12 Paşinyanla keşişlərin amansız savaşı: Ermənistanda nə baş verir?
10:10 Bu günün hava proqnozu açıqlandı
10:07 Bakıda bayram namazı qılındı