hemle

Hacı Şahin: "İndi yas yerinə getmək haramdır"

Tarix:21-06-2020, 22:44
Baxış Sayı:492

Özünün və yaxınlarının həyatını riskə ataraq yas mərasimlərində iştirak etmək nəinki savab deyil, hətta haram sayıla bilər.

hemlemedia.az saytı KONKRET.az saytına istinadən xəbər verir ki, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, “Məşədi Dadaş” məscidinin imam-camaatı Hacı Şahin Həsənli yas yerlərind koronavirusun yayılması haqda danışarkən deyib. O, Musavat.com-a bildirib ki, bir insan başqasını yoluxdura biləcəyi və ya özü yoluxa biləcəyi bir yerə gedirsə, onun orada iştirakı dini baxımdan da haramdır:

“Quranda açıq-aşkar ayə var və orada da bildirilir ki, öz əlinizlə özünüzü təhlükəyə atmayın”.

Din xadimi hesab edir ki, həm dünyasını dəyişən insanın ailəsi, həm də o məclisdə iştirak edən insanlar məsuliyyətli olmalıdır:

“Bu məsələləri insanlara təkcə inzibati yollarla yox, maarifləndirmə yolu ilə çatdırmaq lazımdır. Bu mənada din xadimləri fəal olmalıdırlar. Xüsusilə də dəfn mərasimində iştirak edən din xadimlərinə Qafqaz Müsəlmanları İdarəsi tövsiyə edir ki, bu məsələlərlə bağlı insanlara mövqelərini bildirsinlər, insanları həmin mərasimlərdə iştirak etməkdən çəkindirsinlər”. /Axar.az/
hemlemedia.az

Digər xəbərlər
22:20 Dünyanı gözləyən növbəti dəhşətli təhlükə
22:17 Prezident TƏSDİQLƏDİ - Azərbaycanda abidələrə vahid qaydada pasport veriləcək
22:15 Azərbaycandan getmək hüququ məhdudlaşdırılmış borclu şəxslərə SMS göndərilməsi qüvvəyə minib
22:11 Türkiyədə GÜCLÜ YANĞIN: çox sayda xəsarət alan var
22:07 “Azərbaycan tarixi xəritələrdə” - Cənubi Qafqazda heç zaman erməni dövləti olmayıb
22:05 Ermənilər Qarabağda “parad” üçün silahları bu ölkədən gətiriblər - Məhkəmədə ETİRAF
22:02 Paşinyan Ərdoğana zəng etdi: Sülh müqaviləsini müzakirə etdilər
21:59 Emosional insanlarda təhlükəli xəstəlik riski var: XƏBƏRDARLIQ