hemle

Bu gündən etibarən iyulun 5-dək qoyulan qadağaların TAM SİYAHISI

Tarix:21-06-2020, 00:08
Baxış Sayı:370


Bu gün artıq ikihəftəlik sərt karantin rejimi başlayıb.


Atəş.az xəbər verir ki, şərtlərə SMS xəbərdarlıq və xüsusi icazə əsasında evdən çıxmanın tətbiq olunması, dövlət və özəl təşkilatlarda məhdudiyyətlər - yəni, müxtəlif vaxtlarda işə başlanılması, işçi heyətin həftəlik əsasda 3 qrupa bölünməsi, ticarət mərkəzlərinin fəaliyyətinin dayandırılması, ictimai iaşə obyektlərində müştərilərə yerində xidmətin dayandırılması, bərbərxana, gözəllik salonları və kosmetik xidmətlər, o cümlədən bu xidmətlərin müştərilərin evində və digər məkanlarda xidmətlərin dayandırılması, müzey və sərgi zallarının fəaliyyətinin dayandırılması daxildir.

Bundan başqa, malların satışı və xidmətlərinin göstərilməsi ilə istisnalar nəzərə alınmaqla məhdudiyyətlər tətbiqi, eləcə də açıq havada idman oyunları da qadağandır.

Eyni zamanda, rayonlararası və şəhərlərarası nəqliyyatın hərəkəti, idman, sağlamlıq bərpa üzrə xidmətlər (tibbi xidmətlər istisna), mədəniyyət obyektləri, kinoteatrların, teatrların, idman zallarının fəaliyyəti də məhdudiyyətə daxildir. Otellərin fəaliyyətinin bərpası, beynəlxalq səfərlər də qadağandır.

Dəfn mərasimləri istisna olmaqla, yas mərasimlərin təşkili, tədbirlərin təşkili üzrə xidmətlər, təhsil müəssələrində fəaliyyətin dayandırılması, eləcə də 10 nəfərdə artıq qrupda cəmləşməklə bağlı qadağalar qüvvədə qalır.

Xüsusi karantin rejimi dövründə market və apteklər fəaliyyət göstərəcək.

Eyni zamanda, Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov açıqlamasında bildirib ki, mağazalar məsələsinə yalnız xırda məişət avadanlıqları satan obyektlər daxildir: "Yəni, cəmiyyətdə "1001 xırdavat" adı ilə tanınan mağazalar. Deyək ki, ev üçün lazım olan elektrik lampası, su kranları və ya digər zəruri məhsullar satan mağazalar fəaliyyət göstərə biləcək. Həmin şəxslər də icaze.e-gov.az portalında qeydiyyatdan keçdikdən sonra işləyə bilərlər. Telefon, kompüter, gül və digər satış mağazalarının yerində xidmət, satış həyata keçirməsinə icazə verilmir. Onlar yalnız onlayn qaydada satış və çatdırma edə bilərlər"

Çimərliklərə gediş-gəliş qadağandır.

Vəfat etmiş yaxınlarının dəfn mərasimində iştirak etmək istəyən vətəndaşlar icazəni Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng etməklə almalıdırlar.

İş yerlərinin fəaliyyəti məhdudlaşdırılan vətəndaşlar evdən yalnız SMS vasitəsilə 2 saatlıq çıxa biləcəklər.

SMS-lə icazə alan şəxs fərdi avtomobilindən sərbəst istifadə edə bilər.

Qeyd edək ki, iyunun 21-dən iyulun 5-dək tətbiq edilən bu məhdudiyyətlər Bakı, Gəncə, Yevlax, Sumqayıt, Lənkəran şəhərləri və Masallı, Cəlilabad, Abşeron rayonlarına aiddir.

Digər xəbərlər
11:25 “Azəriqaz” İstehsalat Birliyinin təşəbbüsü, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə tələbələrlə görüş keçirildi
10:08 50 yaşına qədər insult riskini iki dəfə artıran faktorlar
10:03 Birinci Kosmik Müharibəyə hazırlıq başladı - Yer orbitində peyklər VURULA BİLƏR
09:57 Rusiya və ABŞ fəlakət ssenarisinə hazırlaşır: Görün Marsda nə yaradacaqlar
09:52 Paşinyanın parlamentdə qəribə çıxışının səbəbi: son anda hansı xəbəri alıb?
09:39 Əsəd 500 min dolları və qiymətli əşyaları ölkədən belə çıxarıb
09:27 Azərbaycanlı haker xarici şirkətlərdən hansı məlumatları əldə edib və nə qədər pul qazanıb? - ŞOK FAKTLAR
22:36 Bu qanunun tələblərinin pozulmasına görə cərimələrin 50 faizi hərbçilərin maaşlarına əlavə ediləcək