hemle

Bakı qeydiyyatında olan şəxslər rayondan necə gələ biləcək?

Tarix:20-06-2020, 10:31
Baxış Sayı:418

“Daha əvvəl rayona gedən Bakı qeydiyyatında olan şəxslər paytaxt ərazisinə keçsə belə, SMS icazə alandan sonra şəhərə daxil ola bilər”.
Bu barədə “Report”a Baş Dövlət Yol Polis İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev deyib.
O qeyd edib ki, həmin şəxslər Ələt postunda Bakının inzibati ərazisinə daxil olduğu zaman hərəkət eləməyinə icazə almaq üçün mütləq SMS göndərməlidir: “Həmin şəxs hərəkət eləməyinə icazə aldıqdan sonra artıq Bakıya mənzilinə gələ bilər. Ola bilər ki, həmin şəxslər 2-3 aydı rayona gedib, orada qalıb, zərurətlə əlaqədar da evinə qayıtmalıdır. Həmin şəxslər Bakı qeydiyyatında olmasına baxmayaraq, onun paytaxt ərazisində hərəkət eləməsi üçün ən azı SMS icazəsi olmalıdır”.
Qeyd edək ki Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonu ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə qərar qəbul edib.
Qərara əsasən, sərt karantin rejimi 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək davam edəcək.

Digər xəbərlər
10:26 Qara dəniz üzərində 3 raket məhv edildi - Kim atıb?
10:23 Bu şəxslər yenidən həbs oluna bilər
10:21 Azərbaycanda Qurban bayramı qeyd olunur
10:17 Çinin yeni gizli döyüş təyyarəsi - Görün nələrlə təchiz edilib
10:15 Rusiya HƏRƏKƏTƏ KEÇDİ - Ukraynada kritik infrastrukturlar VURULUR
10:12 Paşinyanla keşişlərin amansız savaşı: Ermənistanda nə baş verir?
10:10 Bu günün hava proqnozu açıqlandı
10:07 Bakıda bayram namazı qılındı