hemle

Qızdırması 37 olanlar koronavirus testindən keçməlidirmi? – RƏSMİ CAVAB

Tarix:17-06-2020, 20:20
Baxış Sayı:374

“Hər bir tənəffüsündə problemi olan və ya temperaturu olana koronavirus demək düzgün deyil”.

Bunu baku.ws-ə açıqlamasında Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Nabil Seyidov bildirib.

O əlavə edib ki, son zamanlar bu istiqamətdə 103 Təcili Tibbi Yardım xidmətinə zənglərin sayı həddən artıq çoxalıb: “Zəng edirlər ki, 37.1 temperaturum var. Koronavirus testindən keçimmi? İş yerindən məcbur edirlər. Bu əslində yol verilməzdir. 37.1.2 temperatur deyil.

Əgər heç bir əlavə simptomlar yoxdursa, öskürək, əzələ ağrıları, ciddi halsızlıq, təngənəfəslik yoxdursa, koronavirus testindən keçməyə ehtiyac yoxdur. Əgər bu simptomlar varsa, ona görə koronavirus testindən keçmək olar.

Lakin yalnız 37.1 qızdırmaya görə testdən keçmək düzgün deyil. Onda gərək 10 milyon əhali hər gün gedib testdən keçsin. Çünki temperatur gün ərzində səhər 37.1.2-yə qalxır, sonra axşamlar düşür”.

Digər xəbərlər
15:21 Dövlət işləməyən şəxslərə pensiya verəcək - AÇIQLAMA
15:18 Binalardakı artırmalar sənədləşdirilə bilər? - AÇIQLAMA
15:09 Tələbələrə ŞAD XƏBƏR: Təqaüdlər artacaq
15:03 Pediatr: "Valideynlər uşaqların qida seçiminə müəyyən yaşa qədər müdaxilə edə bilərlər"
14:55 Sabah Bakıda aramsız leysan yağacaq
14:50 "Azəristilik"dən şad xəbər: İstiliyin verilməsi tarixi uzaldıldı
14:46 I sinfə qəbul prosesində YENİLİK - Mayın 1-dən...
14:38 Ermənistan Minsk Qrupunu ləğv etməyə hazırdır, amma... - Paşinyan nədən qorxur?