hemle

Bu tarixdə dollar kəskin ucuzlaşacaq: Səbəbi bəllidir

Tarix:17-04-2025, 11:30
Baxış Sayı:446

2025-ci ilin aprelin sonlarında Rusiyada dolların məzənnəsi qısa müddət ərzində 80 rubldan aşağı düşə bilər.

Bu barədə “İzvestiya”ya müsahibə verən ekspertlər bildiriblər.

İqtisadçıların məzənnənin aşağı düşəcəyini proqnozlaşdırmasının səbəbləri dollara tələbin aşağı olması və iqtisadiyyatda yüksək artımdır.

“Belə ki, 2025-ci ilin əvvəlindən rubl 38 faiz möhkəmlənib. Buna görə də, “Bloomberg” analitikləri Rusiya valyutasını dünyada ən dinamik hesab ediblər. Bu da ixrac və idxalın nisbəti ilə izah olunur”, - “Garda Capital”ın investisiya strateqi Aleksandr Baxtin bildirib.

Yeni ildə istehlak aktivliyinin yüksəlməsindən sonra xaricdən mallara tələbat azalıb, buna görə də ixrac gəlirlərinin axını sabit qalıb.

"Böyük idxal çox vaxt xarici hesablardan ödənilir. Xarici valyuta təklifi əhəmiyyətlidir, lakin qeyri-rezidentlər tərəfindən xarici pula tələbat yoxdur", - deyə “Sinara” investisiya bankının baş iqtisadçısı Sergey Konygin izah edib.

“Rublun möhkəmlənməsinin ikinci səbəbi əsas məzənnənin artmasıdır ki, bu da milli valyutanı kapital gəliri üçün cəlbedici edir. Nəhayət, Vaşinqton və Moskva arasında münasibətlərin normallaşdırılması və Şərqi Avropada gərginliyin azaldılması üzrə dialoq fonunda dollar zəifləyir”, - deyə “Freedom Finance Global” analitiki Vladimir Çernov bildirib.

Digər xəbərlər
11:25 Qurbanların sayı artır: İsrail ən azı 6 nüvə alimini öldürüb
11:19 İsrail İranın əks-hücumuna belə hazırlaşır: Əhaliyə xəbərdarlıq edildi
11:14 İran PUA-ları bu qədər vaxta İsrailə çatacaq
10:24 İsrail səfərbərlik elan etdi
10:14 Bu gün 37 dərəcə isti olacaq
09:38 “AZAL”ın Təl-Əviv, Dubay və Tehran reysləri ləğv edildi
09:33 İkinci xəritə yayıldı: bu ərazilər də Azərbaycana qaytarılır - Məxfi razılaşma
09:30 Əhaliyə xəbərdarlıq edildi: İran yaxın saatlarda İsraili vuracaq