hemle

Vatsap yazışmaları polis tərəfindən izlənilir? - AÇIQLAMA

Tarix:30-03-2025, 10:52
Baxış Sayı:556

"WhatsApp" mesajlaşma proqramı ilə bağlı yayımış ekran görüntüsü sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Sosial şəbəkələrin Azərbaycan seqmentində paylaşılan fotoda yazışmaların polis tərəfindən izlənildiyi qeyd edilir:

"Bu söhbət mediası və mesajları Azərbaycan DİN tələbi ilə məhkəmə prosesi məqsədilə qeyd altına alnımışdır".

Vatsapda hər zaman yazışmaların qorunduğu və üçüncü tərəflə paylaşılmadığı barədə bildiriş olur.
Sosial şəbəkələrdə yayılan foto da təhlükəsizliklə bağlı bildirişin məzmunu ilə bir qədər oxşarlıq təşkil etdiyindən insanlar arasında narahatlıq doğurub.

Texnobloger Fərid Pərdəəşünas isə məsələyə aydınlıq gətirib.

"Dünəndən etibarən "WhatsApp"da insanları təşvişə salan bu formalı məlumatlar çatlarda peyda olur. Qeyd etmək istəyirəm ki, məlumat təmamilə saxtadır. "WhatsApp" yazışmaları iki tərəfli şifrələmə ilə ucdan-uca qorunur və DİN-in bu məlumatlara girişi yoxdur", - deyə o əlavə edib.

Digər xəbərlər
16:54 Sürücülərin NƏZƏRİNƏ: bu küçə təmirə bağlanır
16:48 Mənzilimizi niyə sığorta etdirmək istəmirik? - Qanun var, amma...
16:45 Həftəsonu bəzi yerlərə yağış yağacaq
16:43 Ambulator müalicə alan xəstələrə şad xəbər: Pulsuz dərman təminatı nə vaxt başlayacaq?
16:34 Polkovnik: 972 mina xəritəsi Azərbaycana təhvil verilib, 8-i isə hazırlanır
14:16 Qonşu ölkə işıqsız qaldı
14:13 Bank kartınızdakı pulları belə qoruyun
14:11 Çinin Zəngəzur dəhlizinə yanaşması diqqət çəkir - "Kaspi"nin TƏHLİLİ