hemle

Azərbaycanda "Starlink" dövrü: Qonşu ölkələrdəki qiymətlərlə MÜQAYİSƏ

Tarix:29-03-2025, 16:42
Baxış Sayı:556

"SpaceX" şirkətinin ​"Starlink" peyk internet xidməti bu gündən Azərbaycanda aktivləşdirilib. İstifadəçilər bu xidmətdən yararlanmaq üçün müəyyən şərtləri yerinə yetirməlidirlər. İlk növbədə 670 manata "Starlink Standart Kit" əldə etmək lazımdır. Daha sonra 50 manat çatdırılma ödənişi və 100 manat aylıq abunəlik haqqı ödənilməlidir.

Bəs qonşu ölkələrdə tariflər necədir?

Məlum olub ki, qonşu Gürcüstanda avadanlıq və çatdırılma 1115 lari (təxminən 677 manat), aylıq abunə haqqı isə 160 laridir (təxminən 97 manat).

Ermənistanda cihazın özü və çatdırılması 199 000 dram (təxminən 842 manat), aylıq abunə haqqı 24 000 dramdır (təxminən 102 manat).

Türkiyədə xidmətin aktivləşdirilməsi üçün danışıqlar aparılır.

Qeyd edək ki, 2022-ci ilin sentyabrında şirkətin rəsmi saytında "Starlink" şəbəkəsinə qoşulmağın mümkün olmayacağını göstərən xəritə dərc edilib. Həmin siyahıda İran və Rusiyanın adı var.

Digər xəbərlər
13:20 Şəhid Mübariz Hüseynov dəfn olundu
11:25 “Azəriqaz” İstehsalat Birliyinin təşəbbüsü, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə tələbələrlə görüş keçirildi - VIDEO
10:08 50 yaşına qədər insult riskini iki dəfə artıran faktorlar
10:03 Birinci Kosmik Müharibəyə hazırlıq başladı - Yer orbitində peyklər VURULA BİLƏR
09:57 Rusiya və ABŞ fəlakət ssenarisinə hazırlaşır: Görün Marsda nə yaradacaqlar
09:52 Paşinyanın parlamentdə qəribə çıxışının səbəbi: son anda hansı xəbəri alıb?
09:39 Əsəd 500 min dolları və qiymətli əşyaları ölkədən belə çıxarıb
09:27 Azərbaycanlı haker xarici şirkətlərdən hansı məlumatları əldə edib və nə qədər pul qazanıb? - ŞOK FAKTLAR