hemle

Ürəyin əsas düşməni: Trans yağların ZƏRƏRLƏRİ NƏDİR?

Tarix:29-03-2025, 10:34
Baxış Sayı:466

"Trans yağların ürəyə zərəri var, çünki onlar yaxşı xolesterinin (HDL) miqdarını azaldır, pis xolesterinin (LDL) miqdarını isə artırır. Xolesterin miqdarı artdıqda ürək damarlarında aterosklerotik proseslər başlayır və bu da damarların tutulmasına və infarkta səbəb ola bilər".

Bu fikirləri açıqlamasında kardioloq Günay Rəhimova deyib.

O bildirib ki, buna görə də marqarin və fastfud kimi tərkibində trans yağ olan qidalardan mümkün qədər uzaq durmalıyıq:

"Ev şəraitində bişirilən yeməklərə üstünlük verməli, bu yeməklərin tərkibindəki yağ miqdarını minimumda saxlamalıyıq. Həmçinin stresdən uzaq olmağa çalışmalı, aktiv həyat tərzi sürməli, siqaret və alkoqoldan çəkinməliyik.

Siqaret və alkoqol damarlar üçün bir növ spazma yaratmaqla sağlamlığımızı ciddi şəkildə zədələyə bilər. Bədəndə trans yağlar və xolesterin miqdarı çoxdursa, bu, siqaret və alkoqol ilə birləşərək ürək damarlarının tutulmasına və daralmasına səbəb olur".

Həkim sağlam həyat tərzinin önəmini vurğulayıb:

"Aktiv idmana önəm verməli, duz və şəkərdən uzaq olmalı, sağlam qidalanmağa diqqət etməliyik. Qoz, fındıq, ləpə, bol meyvə və tərəvəzlərə üstünlük vermək sağlamlığımız üçün çox faydalıdır. Qırmızı ət yerinə yağsız balıq və qoyun ətindən istifadə etmək lazımdır", - deyə kardioloq əlavə edib.

Digər xəbərlər
13:20 Şəhid Mübariz Hüseynov dəfn olundu
11:25 “Azəriqaz” İstehsalat Birliyinin təşəbbüsü, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə tələbələrlə görüş keçirildi - VIDEO
10:08 50 yaşına qədər insult riskini iki dəfə artıran faktorlar
10:03 Birinci Kosmik Müharibəyə hazırlıq başladı - Yer orbitində peyklər VURULA BİLƏR
09:57 Rusiya və ABŞ fəlakət ssenarisinə hazırlaşır: Görün Marsda nə yaradacaqlar
09:52 Paşinyanın parlamentdə qəribə çıxışının səbəbi: son anda hansı xəbəri alıb?
09:39 Əsəd 500 min dolları və qiymətli əşyaları ölkədən belə çıxarıb
09:27 Azərbaycanlı haker xarici şirkətlərdən hansı məlumatları əldə edib və nə qədər pul qazanıb? - ŞOK FAKTLAR