hemle

İrəvanda video çəkib Azərbaycan xalqını təbrik edən bloger təhdid olunur

Tarix:27-03-2025, 10:15
Baxış Sayı:455

Son günlər Azərbaycanda və Ermənistanda hər kəs İrəvanın mərkəzindən video çəkib paylaşan gənc türk blogerindən danışır.

Bu bloger Azərbaycanda müəllim işləyən türkiyəli Ogün Özdəmirdir.

O. Özdəmir İrəvanın mərkəzindən çəkdiyi videoda Azərbaycan xalqının Novruz bayramını təbrik edir və qərbi azərbaycanlılara salam deyir. Sonra o, "Qarabağ" adlı məşhur Azərbaycan mahnısını ifa edir.

Türkiyəli bloger Azərbaycana qayıtdıqdan sonra səfəri ilə bağlı açıqlama verib. O, Ermənistana Gürcüstan sərhəddindən keçdiyini bildirib. Özdəmir deyib ki, İrəvana keçərkən erməni sərhədçiləri onun türk pasportunu görüb təəccübləniblər. Bundan sonra iki saat davam edən sorğu-sual başlayıb. Ermənilər onun pasportundakı Azərbaycan möhürünü görüb, "düşmən ölkə" ilə əlaqələri, Qarabağa nə üçün səfər etməsi və s. ilə maraqlanıblar.

İrəvanda türkiyəli bloger dağıdılan məscidləri, tarixi saxtalaşdırılmış mədəniyyət abidələrini və səfalət içərisində yaşayan erməniləri gördüyünü söyləyib.

O.Özdəmir onu da qeyd edib ki, çəkib paylaşdığı məlum videodan sonra çoxlu təhdid mesajları alır. O bildirib: "Mən türkəm və bu təhdidlər mənimçün heç nədir".

Digər xəbərlər
11:15 Ayağında elektron qolbaq var imiş...
11:11 Paşinyan qaçacaq, Ermənistan... - Jirinovskinin dəhşətli proqnozu gündəmdə
11:08 Azərbaycanda məktəbdə kütləvi zəhərlənmə
10:59 Smartfonların tez enerji itirməsinin əsas SƏBƏBLƏRİ
10:55 İki stansiyanı birləşdirəcək yeni tunelin tikintisi 11 AY ÇƏKƏCƏK
10:51 Metropoliten "28 May"la bağlı bütün suallara aydınlıq gətirdi
10:03 Avropa İttifaqı və Çin bu ölkəyə qarşı BİRLƏŞİR
09:58 Mövqelərimiz Tovuzqala istiqamətindən atəşə tutuldu