“Ermənistanı razılaşmaya getməyə sövq edən amillərdən biri bu şansın yox ola biləcəyini dərk etməsidir. Bunu əldən vermək səhv olardı”.
Bunu Argentinanın paytaxtı Buenos-Ayresdə səfərdə olan Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Elçin Əmirbəyov deyib.
Onun sözlərinə görə, yekunlaşan danışıqlar münasibətlərin normallaşması və diplomatik əlaqələrin qurulması üçün yol açır. Lakin bunun üçün, Ermənistan öz konstitusiyasını dəyişdirməli, ərazi iddialarından imtina etməli və xarici qüvvələri sərhədyanı bölgələrdən çıxarmalıdır.
“Bu razılaşma son deyil, başlanğıcdır. Sülh yalnız bəyanatlarla deyil, konkret addımlarla qurulur”, – Azərbaycan rəsmisi vurğulayıb.