hemle

Yeni kəşf elm dünyasını şoka saldı: Yerin dərinliyində nəhəng şəhər aşkarlandı

Tarix:26-03-2025, 22:14
Baxış Sayı:440

İtaliyalı tədqiqatçılar Misirin Giza piramidalarının altında 1200 metrdən çox uzanan nəhəng yeraltı şəhər aşkar etdiklərini iddia edirlər. Bu kəşf piramidaların özündən 10 dəfə böyük yeraltı tikililərin mövcudluğunu ortaya qoyur.

Florida Konqres üzvü Anna Paulina Luna bu yeraltı tikililər haqqında paylaşım edərək ictimaiyyətin diqqətini çəkib.

Sosial media platformalarında kəşflə bağlı şərhlər onun dəqiqliyi və elmi əsasları ilə bağlı böyük müzakirələrə səbəb olub.

İtalyan alimlər bildirirlər ki, yeraltı şəhərlərin varlığına dair məlumatları peyk radarları və yeraltı seysmik hərəkətlər əsasında kiçik titrəyişlərdən əldə ediblər. Bu yeni radar texnologiyası fiziki qazıntılar olmadan yeraltı təbəqələrin üçölçülü təsvirini almağa imkan verir.

Araşdırmaya görə, Giza piramidalarının altında 640 metr hündürlükdə səkkiz şaquli silindrik quruluş var. Bu strukturlar piramidaların hər biri üçün ayrıca tapılıb. Bundan əlavə, 1220 metr dərinlikdə digər naməlum strukturlar aşkar edilib.

Bu qabaqcıl texnologiyaya baxmayaraq, müstəqil ekspertlər bu kəşfin etibarlılığına şübhə ilə yanaşırlar. Onlar iddia edir ki, bu dərinliyə nüfuz etmək və yüksək keyfiyyətli təsvirlər əldə etmək çox çətindir. Mütəxəssislər bu tapıntıların illüziya və ya yanlış şərhin nəticəsi ola biləcəyini söyləyirlər.

Digər xəbərlər
11:15 Ayağında elektron qolbaq var imiş...
11:11 Paşinyan qaçacaq, Ermənistan... - Jirinovskinin dəhşətli proqnozu gündəmdə
11:08 Azərbaycanda məktəbdə kütləvi zəhərlənmə
10:59 Smartfonların tez enerji itirməsinin əsas SƏBƏBLƏRİ
10:55 İki stansiyanı birləşdirəcək yeni tunelin tikintisi 11 AY ÇƏKƏCƏK
10:51 Metropoliten "28 May"la bağlı bütün suallara aydınlıq gətirdi
10:03 Avropa İttifaqı və Çin bu ölkəyə qarşı BİRLƏŞİR
09:58 Mövqelərimiz Tovuzqala istiqamətindən atəşə tutuldu