hemle

"Yaz allergiyası" deyib keçməyin - İnfarkta səbəb olurmuş

Tarix:25-03-2025, 11:29
Baxış Sayı:441

 

El arasında yaz allergiyası kimi tanınan allergik rinit ürək üçün təhlükəli ola bilər.

Bu barədə "Medical Xpress"ə həkim-allerqoloq Nora Lin danışıb.

Doktor bildirib ki, bahar allergiya xəstələri üçün ilin ən çətin vaxtı hesab olunur. Məhz bu mövsümdə xəstəlik bitkilərin çiçəklənməsi və tozlanması səbəbindən pik həddə müşahidə olunur.

Onun sözlərinə görə, tənəffüs yollarının allergenlərə məruz qalması bədəndə iltihaba səbəb olur, bu, yalnız burun və öskürəyə səbəb olmaqla qalmır, həm də bütövlükdə bütün bədənə təsir göstərir.

Həkim allergik rinitin bədəndə iltihab meydana gətirərək ürək-damar xəstəlikləri riskini artırdığını bildirib:

"Bəzən allergik reaksiya bədənin xarici agentlərlə mübarizə aparmaq üçün xüsusi hüceyrələr yaratdığı sümük iliyinə qədər yayılır. Məhz bu amil iltihabın xroniki formaya çevrilməsinə kömək edir".

O, 2018-ci ildə aparılan bir araşdırmaya istinad edərək söyləyib ki, bu cür iltihab ürək-damar xəstəliyinin həm başlanğıcında, həm də inkişafında rol oynayır:

"603 000 insanı əhatə edən başqa bir araşdırma, həm astma, həm də allergik rinitin ürək-damar xəstəlikləri və sinə ağrısı riskinin artması ilə əlaqəli olduğunu təsdiqləyib. Tədqiqata görə, allergik rinit olan insanlarda ürək xəstəliyinə tutulma ehtimalı 25% və infarkt keçirmə ehtimalı 20% daha çox olur".

Həkim onu ​​da qeyd edib ki, ürək-damar xəstəliklərinin inkişaf riski insanların yaz allergiyasının simptomlarını aradan qaldırmaq üçün qəbul etdiyi dərmanların təsiri ilə də arta bilər.

Digər xəbərlər
10:26 Qara dəniz üzərində 3 raket məhv edildi - Kim atıb?
10:23 Bu şəxslər yenidən həbs oluna bilər
10:21 Azərbaycanda Qurban bayramı qeyd olunur
10:17 Çinin yeni gizli döyüş təyyarəsi - Görün nələrlə təchiz edilib
10:15 Rusiya HƏRƏKƏTƏ KEÇDİ - Ukraynada kritik infrastrukturlar VURULUR
10:12 Paşinyanla keşişlərin amansız savaşı: Ermənistanda nə baş verir?
10:10 Bu günün hava proqnozu açıqlandı
10:07 Bakıda bayram namazı qılındı