Türkiyənin Bartın şəhərinin Ağır Cinayətlər Məhkəməsi vilayətdə kömür mədənlərindən birində baş verən və 43 mədənçinin həyatına son qoyan qəza ilə bağlı hökm elan edib.
2022-ci il oktyabrın 14-də baş vermiş partlayışla bağlı məhkəmə qarşısına mədən direktoru Cihad Özdemir də daxil olmaqla onlarla şəxs çıxarılıb.
Məhkəmə 20 nəfəri 3 ildən 17 ilədək həbs cəzasına məhkum edib.
Qeyd edək ki, istintaqın məlumatına görə, partlayışa səbəb metan qazının yığılması olub. Hadisə baş verən anda yerin altında 110 mədənçi olub.