hemle

Qazlı şəkərli içkilər ağız xərçəngi yaradır - DİQQƏT

Tarix:20-03-2025, 09:27
Baxış Sayı:441

Siqaret çəkməyən və alkoqol istifadə etməyən qadınlarda da ağız xərçənginin yaranması dəhşətli faktı üzə çıxarıb.

Araşdırmalar nəticəsində məlum olub ki, şəkərli və qazlı içkilərin ağız xərçəngi riskini artırdığı müəyyən edilib.

Araşdırmanın nəticələri barədə məlumat "JAMA Otolaryngology-Head & Neck Surgery" jurnalında dərc edilib.

Əvvəllər əsasən siqaret, alkoqol vərdişi ilə əlaqələndirilən ağız xərçəngi, siqaret istifadəsinin azalmasına baxmayaraq Qərb ölkələrində artmaqdadır. Vashington Universitetinin mütəxəssisi Dr. Brittany Barber bu xərçəng növünün süd vəzi və ya yoğun bağırsaq xərçəngi qədər geniş yayılmadığını, lakin siqaret və alkoqol istifadə etməyən qadınlar arasında artmasının narahatlıq doğurduğunu deyib. 2020-ci ildə dünyada 355 mindən çox ağız xərçəngi halı qeydə alınıb və təxminən 177 min insan bu xəstəlik səbəbindən həyatını itirib. Alimlər siqaret və alkoqoldan əlavə, qidalanma vərdişlərinə də diqqət yetirilməsinin vacibliyini vurğulayıblar. Bu araşdırma şəkərli içkilərin yalnız piylənmə və diabetə deyil, həm də ağır xərçəng növlərinə səbəb ola biləcəyini göstərən ilk elmi işlərdən biri hesab olunur.

Digər xəbərlər
16:54 Sürücülərin NƏZƏRİNƏ: bu küçə təmirə bağlanır
16:48 Mənzilimizi niyə sığorta etdirmək istəmirik? - Qanun var, amma...
16:45 Həftəsonu bəzi yerlərə yağış yağacaq
16:43 Ambulator müalicə alan xəstələrə şad xəbər: Pulsuz dərman təminatı nə vaxt başlayacaq?
16:34 Polkovnik: 972 mina xəritəsi Azərbaycana təhvil verilib, 8-i isə hazırlanır
14:16 Qonşu ölkə işıqsız qaldı
14:13 Bank kartınızdakı pulları belə qoruyun
14:11 Çinin Zəngəzur dəhlizinə yanaşması diqqət çəkir - "Kaspi"nin TƏHLİLİ