Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə münaqişə çərçivəsində ərazi mübahisələrinin həllinin çətinliyindən danışıb.
Bu barədə “The Daily Telegraph” onun “istəklilər koalisiyasının” virtual sammitində iştirakdan sonra çıxışına istinadla məlumat yayıb.
Ukrayna lideri vurğulayıb ki, ilhaq edilmiş ərazilərin statusu məsələsi danışıqlarda ətraflı müzakirə tələb edir, lakin Kiyevin mövqeyi dəyişməz olaraq qalır.
“Ukrayna heç vaxt Krımı, Xerson və Zaporojye vilayətlərini, həmçinin DXR və LXR-i Rusiyanın bir hissəsi kimi tanımayacaq”, - deyə Zelenski bildirib.
Martın 14-də Ağ Ev təsdiq edib ki, ABŞ bu ərazilərin statusunu həm Moskva, həm də Kiyevlə müzakirə edir.