hemle

Sosial müavinətlər nə vaxt artırılacaq? - Rəsmi

Tarix:11-03-2025, 21:04
Baxış Sayı:441

Azərbaycanda bir sıra sosial müavinətlərin artırılması gündəmdədir. Ancaq hələlik müavinətlərin nə vaxt və nə qədər artırılacağı məlum deyil.

Bu barədə Dövlət Sosial Müdafiə Fondundan (DSMF) bildirilib.

Məlumata görə, Prezident İlham Əliyevin 23 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci ilin əvvəlindən icrasına başlanılan yeni sosial paket çərçivəsində bu il yanvarın 1-dən minimum əməkhaqqı 16 faiz artımla 400 manata, minimum pensiya 14,3 faiz artımla 320 manata çatdırılıb.

"Həmçinin bir çox sahələrdə əməkhaqları, 2025-ci ilin əvvəlindən pensiyalar 8,1 faiz indeksləşdirilərək artırılıb.

Sərəncamın icrası olaraq, sosial müavinət və təqaüdlərin də artırılması ilə bağlı təkliflərin Nazirlər Kabineti tərəfindən üç ay ərzində hazırlanıb dövlətimizin başçısına təqdim edilməsi nəzərdə tutulub", - rəsmi cavabda belə deyilir.

DSMF-dən verilən açıqlamadan məlum olur ki, martın 23-dək sosial müavinətlərin nə qədər artırılacağı barədə təkliflər dövlət başçısına təqdim edilməlidir. Müvafiq təkliflər hazırlanmasından sonra sosial müavinətlərin nə qədər artırılacağına qərar veriləcəyi gözlənilir.

Digər xəbərlər
16:54 Sürücülərin NƏZƏRİNƏ: bu küçə təmirə bağlanır
16:48 Mənzilimizi niyə sığorta etdirmək istəmirik? - Qanun var, amma...
16:45 Həftəsonu bəzi yerlərə yağış yağacaq
16:43 Ambulator müalicə alan xəstələrə şad xəbər: Pulsuz dərman təminatı nə vaxt başlayacaq?
16:34 Polkovnik: 972 mina xəritəsi Azərbaycana təhvil verilib, 8-i isə hazırlanır
14:16 Qonşu ölkə işıqsız qaldı
14:13 Bank kartınızdakı pulları belə qoruyun
14:11 Çinin Zəngəzur dəhlizinə yanaşması diqqət çəkir - "Kaspi"nin TƏHLİLİ