hemle

Üç güləşçimiz Avropa çempionatının finalına vəsiqə qazandı

Tarix:10-03-2025, 09:49
Baxış Sayı:445



Albaniyanın paytaxtı Tiranada güləş üzrə U23 Avropa çempionatı davam edir.

Qitə birinciliyində ilk medalçılar müəyyənləşib. Azərbaycanın sərbəst güləşçiləri turnirə 2 gümüş və 2 bürünc medalla start verib.

Rəhman İmanov (57 kiloqram) təsəlliverici görüşdə Şimali Makedoniya təmsilçisi Stefan Şterjova tam üstünlüklə (11:0) qalib gəlib. Həmyerlimiz axşam seansında ukraynalı Vladislav Abramovu da üstələyərək (8:6) bürünc medala sahib çıxıb.

Murad Haqverdiyev (65 kiloqram) ukraynalı Mikita Qonçarovla gərgin mübarizə şəraitində keçən təsəlliverici görüşdən qalib ayrılıb – 5:4. Gəncə güləş məktəbinin yetirməsi həlledici qarşılaşmada moldovalı Fyodor Keavdari üzərində isə 9:6 hesablı qələbə qazanaraq, fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.

Kənan Heybətov (70 kiloqram) finalda rusiyalı Maqomed Eltemirovla qarşılaşıb. Finala qədər bütün rəqiblərinə tam üstünlüklə qalib gələn Kənan son qarşılaşmada istənilən güləşi nümayiş etdirə bilməyib – 0:11. Beləliklə, Heybətov ardıcıl 2-ci dəfə analoji yarışı gümüş medalla başa vurub.

Fərid Cabbarov (79 kiloqram) da finalda Rusiya təmsilçisi ilə üz-üzə gəlib. Arsen Balayana 1:5 hesabı ilə məğlub olan Fərid gümüş medalla kifayətlənib.

Digər xəbərlər
22:55 Xalq şairi Rəsul Rzanın ev-muzeyi açıldı
22:44 İyunun 2-də qaz kəsiləcək - Bu ərazilərdə
22:36 Böyük Britaniya Ukraynaya nüvə silahının hazırlanmasında kömək edə bilər
22:33 Nevroloji xəstəliklərin səbəbi və müalicəsi - Hansı əlamətlər insultdan xəbər verir?
22:23 Nazirlər Xankəndidə keçiriləcək zirvə toplantısını müzakirə etdilər - YENİLƏNDİ
18:58 XİN beynəlxalq ictimaiyyətə çağırış etdi
18:54 İyunun ilk gününün HAVASI
18:47 Sabahdan milyonlarla insan “WhatsApp” işlədə bilməyəcək