hemle

Qanunsuz taksi fəaliyyəti göstərən şəxslər aşkarlandı

Tarix:Dünən, 20:41
Baxış Sayı:455




Hava limanı ərazisində qanunsuz taksi fəaliyyəti göstərən şəxslər aşkarlanaraq barələrində tədbirlər görülüb.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında taksi tanınma nişanı və taksometr qurğusu olmadan sərnişindaşıma fəaliyyəti ilə məşğul olan sürücülərə qarşı polis əməkdaşları tərəfindən profilaktik tədbirlər davam etdirilir.

Bu istiqamətdə Nəqliyyatda Baş Polis İdarəsinin Hava Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat nəticəsində 32 yaşlı Azər Bəxtiyarbəyli, 25 yaşlı Rəhman Durmışev və 27 yaşlı Emin Əsgərov saxlanılıblar.

Onların aeroport ərazisində qanunsuz taksi fəaliyyəti göstərməklə yanaşı narkotik vasitə istifadəçiləri olduqları da müəyyən edilib.

R.Durmışevin üzərində narkotik vasitələr aşkarlandığı üçün faktla bağlı cinayət işi başlanılıb və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Digər iki şəxslə bağlı isə araşdırmalar davam etdirilir.

Digər xəbərlər
21:25 Bakıda maşından meyit tapıldı: O da SPİRTDƏN ÖLÜB
21:19 Türkiyə və İran 10 illik müharibəyə hazırlaşır - Gizli hesabatlar üzə çıxdı
21:13 Havanın temperaturu 13 dərəcəyədək artacaq
21:05 Ramazanın dördüncü gününün duası - İmsak və iftar vaxtı
21:02 “Google” xəbərdarlıq etdi: Bu əlavələri telefonunuzdan dərhal silin
20:41 Qanunsuz taksi fəaliyyəti göstərən şəxslər aşkarlandı
20:37 Türkiyədən idxal olunan bu çaylarda təhlükəli bakteriya aşkarlandı
20:33 Sabah Bakının bu ərazilərində qaz olmayacaq