hemle

Adambaşına nə qədər fitrə zəkat çıxarılmalıdır?

Tarix:27-02-2025, 19:49
Baxış Sayı:441

Fitr zəkatının məbləğini ailə sahibi qərarlaşdırır, ancaq İslam dinində fitrə zəkatının çıxarılmasının məbləği var.

Bunu açıqlamasında Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev deyib.

İslamda fitr zəkatının miqdarı

"Ən çox istifadə olunan ərzağın 3 kiloqramı dəyərində adambaşına fitrə zəkatı çıxarılmalıdır. Bunu maddi imkana görə yoxsullar və imkanlılar ayırmalıdır. Minimum məbləğ də düşünülə bilər. Ancaq maddi durumu yaxşı olan insanlar bunu minimum yox, orta və ya yuxarı məbləğdən götürsə, yaxşıdır", - o qeyd edib.

Minimum və tövsiyə olunan məbləğ

Fuad Nurullayev bildirib ki, fitr zəkatında ən çox buğda unundan, çörəkdən, düyüdən, xurmadan, kişmişdən istifadə olunur: "Maddi imkanı yaxşı olanlar bunları 3 kilodan hesablaya bilər. Minimum heç olmasa, 14-15 manatdan hesablasalar, yaxşı olar".

Digər xəbərlər
16:26 Qəbul imtahlarına hazırlaşan abituriyentlərə ŞAD XƏBƏR
16:20 Şimşək çaxacaq, dolu düşəcək - Sabahın hava proqnozu
16:16 Daha bir mif dağıdıldı: Xolesterolu azaldan xüsusi pəhriz yoxdur!
16:11 Yer kürəsini maqnit qasırğaları bürüyəcək - İki gün davam edəcək...
09:55 Bu vitamin çatışmazlığı xəstəliyə səbəb olur
09:52 Qüdsdə bayram tədbirində erməni keşişlərin əxlaqsızlığı - Video
09:50 Bünövrədən, yoxsa hazır binadan mənzil alaq? - Hansı daha SƏRFƏLİDİR?
09:46 Sağlam uşaq doğan ən uyumlu qan qrupları