hemle

Bu restoranlarla bağlı tədbir görüləcək - RƏSMİ

Tarix:18-02-2025, 12:29
Baxış Sayı:441

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti ölkə ərazisində yanğın təhlükəsizliyinin etibarlı təmin edilməsi məqsədilə növbəti monitorinq tədbirləri keçirib.

Bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin rəis müavini, daxili xidmət polkovniki Cəmil Xudiyev bildirib.

Onun sözlərinə görə, çoxmənzilli yaşayış binasının qeyri-yaşayış sahəsində fəaliyyət göstərən bəzi ictimai iaşə obyektlərində maye karbohidrogen qaz balonları ilə dolu propan qaz balonlarından istifadə halları aşkar edilib: "Bu balonlara yüksək təzyiq altında qaz doldurulur, bunların sızması, onların texniki təhlükəsizlik tələblərinə cavab verməməsi kimi hallar partlayış, o cümlədən də yanğınla müşayiət olunan partlayış hadisələri ilə nəticələnir".

C. Xudiyev qeyd edib ki, əhalinin sağlamlığının, o cümlədən dövlətin əmlak maraqlarının müdafiəsinin təmin edilməsi məqsədilə aparılan monitorinq çərçivəsində sahibkarlarla aparılan profilaktik söhbətlərin nəticəsi olaraq, bu cür qurğuların obyektlərdən kənarlaşdırılması təmin olunacaq. Belə qanun pozuntularına yol verən şəxslərlə bağlı növbəti yoxlamalar zamanı qanunvericilikdə nəzərdə tutulan ciddi tədbirlər görüləcək: "Yanğın təhlükəsizliyi haqqında qanunda vətəndaşların, o cümlədən müəssisə rəhbərlərinin üzərinə istifadələrində olan ərazilərdə yanğın təhlükəsizlik qaydalarının tələblərinə ciddi riayət etmək öhdəliyi qoyulur. Bu, onların vəzifə borclarıdır".

Digər xəbərlər
10:10 Bu ödənişləri gecikdirsəniz də, adınız “qara siyahı”ya düşməyəcək
09:59 "Qiyamət günü" YAXINLAŞIR - 2 ölkə xəritədən silinəcək, digər 2-si isə...
09:54 Zelenskinin ofisi RAZILIQ VERDİ - Bu ölkədə atəşkəs danışıqları baş tutacaq
09:47 Stresslə mübarizə üçün yeni metod hazırlandı
09:43 Daha 55 ailə Sarıcalı və Ballıcaya yola salındı
16:26 Qəbul imtahlarına hazırlaşan abituriyentlərə ŞAD XƏBƏR
16:20 Şimşək çaxacaq, dolu düşəcək - Sabahın hava proqnozu
16:16 Daha bir mif dağıdıldı: Xolesterolu azaldan xüsusi pəhriz yoxdur!