Dünyada baş verən qarşıdurmaların, çatışmaların, savaşların kökündə Amerika Birləşik Dövlətinin içində olan iki qütublu güc dayanmaqdadır. Öncələr bu güclər daha çox Demokratlar və Mühavizəkarlar adı altında, demokratiya görüntülü mübarizə aparıb yönətimə sahiblənəndən sonra dünya ağalıqlarını gerçəkləşdirirdilər. Dünya ölkələri də iki qütublu olurdu. Demokratlar daha çox azlıqlar(milli, dini, cinsi ve. s) üzərindən dünyaya hakim olmağı hədəfləyirlər. Mühavizəkarlar isə ana millətlə iş birliyində olaraq dünya dövlətləri ilə ilişki qururlar.
Demokratlar, dünya para babaları və azlıqlı güclər olmaqla Kürəsəlçilər adlandırılır. Avropa Birliyi kimi güc mərkəzləri Kürəsəlçilərin kontrolundadı. Putin Prezident seçilənde kürəsəlçilərin rolu böyük olmuşdur. O dönəm Sorosun Rusiyada olan çalışmaları,iqtisadi krizis yaradaraq Yeltsini uzaqlaşdırmalarını xatırlamağınız yetərlidir. Son dönəm özəlliklə virus salğınından sonra Çinlə də ittifaq olmaları qabarıq görünür.
Tabloya baxanda Azərbaycan kimi dövlətlərdə Sovet KGB sistemindən miras qalan Moskva başlarla, Vaşinqton başların-FETÖ kimi güclərin çox zaman eyni hərəkət etmələrinin mahiyyəti anlaşılır.
Mühavizəkarlar, arxalarında Pentaqon dayanmaqla, ABD federal gücləri və milli dövlət olmaq istəyən dünya dövlətləri ile iş birliyinə daha çox meyilli olaraq, Ulusalcılar adlandırılır.
Kürəsəl virus salğınından yararlanaraq bir çox ulus dövlətlərində hakimiyyəti əlaltılarının əlinə keçməsini hədəfləyən Kürəsəlçilərin, ABD də hakimiyyəti ələ keçirmək niyyəti dünya basınında yazılırdı. Amma belə olmadı, virusdan yararlanmaq istəyən Kürəsəlçilər həm ABD də, həm də ulus dövlətlərində dəyişkənlik edə bilməyəcəklərini gördülər. Siyasi bilimcilər də, noyabr ayında ABD başqanlık seçimində Ulusalçıların qalib gələcəyini və Trampın yenidən prezident olacağını söyləyirdilər.
Belə bir durumda ABD də başlayan xalq ayaqlanmasını təsadüf saymaq olmaz. Bu daha çok məğlubiyyətlərini indidən görən, Kürəsəlçilərin işinə bənzəyir. Amac xalq ayaqlanması ilə Trampı istefaya göndərtdirməkdir.
Trampın Rusiya və Çin kimi dövlətləri də hədəf almağı təsadüf sayılmaz.
Kürəsəlçilər qalib gələrsə Türkiyə və Azərbaycanda və bir çox ölkədə FETÖ və Moskva uşaqları Kürsəlçilərin əli altında olan güclər hakimiyyəti ələ almağa çalışacaq.
Tramp qalib gələrsə, Ulusalçılar dünyada daha etkili olacaq, ulus dövlətləri güclənəcək, Çin və Rusiya hədəf olacaq.
Cahandar BAYOĞLU
Turan Partiyası GK Başqanı