hemle

Azərbaycanla Ermənistan bu məsələdə razılığa gəldi

Tarix:Dünən, 21:56
Baxış Sayı:442



Azərbaycanla Ermənistan növbəti görüşün tarixi və yerini müəyyən etmək barədə razılığa gəlib.

Bu barədə Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının Katibliyi məlumat yayıb.

Qeyd olunub ki, bu gün Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistanın Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiya çərçivəsində videokonfrans formatında işçi görüş keçirilib.

Görüşdə tərəflər delimitasiya işlərinin həyata keçirilməsi üçün tələb olunan təlimat layihələrini müzakirə edib, həmçinin komissiyaların növbəti əyani görüşünün təşkili ilə bağlı məsələlər üzrə fikir mübadiləsi aparıblar.

Tərəflər növbəti görüşün tarixini və yerini işçi qaydada müəyyən etmək barədə razılığa gəliblər.

Digər xəbərlər
15:31 Əməkdar elm xadimi Arif Paşayevin doğum günüdür
15:23 Müəllimlərə ŞAD XƏBƏR - Artıq daha rahat oldu
15:20 Ordumuz and içəcək - BU TARİXDƏ
15:14 Dietoloq xolesterolu aşağı salan qidaları açıqladı
15:11 Sabah hava necə olacaq?
15:09 İrəvan Moskvanın maraqlarına daha bir zərbə vurdu
15:06 Çoxuşaqlı valideynləri sevindirəcək təklif: 100 mindən çox ailə...
12:47 12 gün ardıcıl İŞ OLMAYACAQ - RƏSMİ