hemle

Milli Məclis təsdiqlədi: Bu şəxslər odlu silah əldə edə biləcəklər

Tarix:14-02-2025, 14:55
Baxış Sayı:458

Azərbaycanda 21 yaşına çatmış vətəndaşların mülki odlu silah əldə etmək hüququ olacaq.

Bununla bağlı Cinayət Məcəlləsinə və “Xidməti və mülki silah haqqında" qanuna dəyişiklik layihəsi Milli Məclisin bugünkü plenar iclasında müzakirə edilib.

Bildirilib ki, mövcud qanunvericiliyə əsasən, mülki odlu silah əldə etmək hüququ üçün qoyulan yaş həddi 18-dir.

Qeyd edək ki, ölkədə xidməti və mülki silahı əldə etmək hüququ olan subyektlərin sırasına xüsusi nizamnamə vəzifələrini yerinə yetirən dövlət orqanlarının və hüquqi şəxslər, xidməti və mülki silahın işlənib hazırlanması, sınaqdan keçirilməsi, istehsalı ilə və ya silahın satışı ilə məşğul olan müəssisələr, idman və ovçuluq cəmiyyətləri və təhsil müəssisələri aiddir.

Layihə müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Digər xəbərlər
10:41 Xəstəlik vərəqi ilə bağlı YENİLİK: DSMF-yə göndəriləcək
10:10 Bu ödənişləri gecikdirsəniz də, adınız “qara siyahı”ya düşməyəcək
09:59 "Qiyamət günü" YAXINLAŞIR - 2 ölkə xəritədən silinəcək, digər 2-si isə...
09:54 Zelenskinin ofisi RAZILIQ VERDİ - Bu ölkədə atəşkəs danışıqları baş tutacaq
09:47 Stresslə mübarizə üçün yeni metod hazırlandı
09:43 Daha 55 ailə Sarıcalı və Ballıcaya yola salındı
16:26 Qəbul imtahlarına hazırlaşan abituriyentlərə ŞAD XƏBƏR
16:20 Şimşək çaxacaq, dolu düşəcək - Sabahın hava proqnozu