hemle

Bu şəxslərə pulsuz mənzillər veriləcək

Tarix:13-02-2025, 21:05
Baxış Sayı:461

Mənzil Məcəlləsinə təklif edilən dəyişikliklər sosial kirayə mənzil müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin əldə edilməsi, eyni zamanda, həmin vətəndaşlarımızın qeydiyyatı ilə bağlı praseduranın təkminləşdirilməsi məqsədi daşıyır.

Bu sözləri açıqlamasında deputat Vüqar Bayramov aztəminatlı ailələrə sosial mənzil fondundan ev verilib-verilməyəcəyi məsələsindən danışarkən qeyd edib.

Deputat bildirib ki, mövcud qanunvericiliyə əsasən şəhid ailələri, müharibə qaziləri, əlilliyi müəyyən edilmiş vətəndaşlarımız və eyni zamanda aztəminatlı vətəndaşlarımızın sosial mənzil fondundan istifadə etmə şəraiti yaradılır:

"Yeni dəyişikliklərə, yeni yaşayış sahəsinə ehtiyacı olan ailələrin uçota alınması, onların sosial kirayə müqaviləsi əsasında yaşayış sahələri ilə təmin edilməsi daxildir.

Yeni qaydalara əsasən sosial mənzil məcəlləsinin 48-ci maddəsində dəyişikliklər təklif edilib. Bu sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələri ilə bağlı maddədir. Həmin maddəyə əsasən sosial kirayə müqavilələri əsasında bütövlükdə yaşayış sahələri ehtiyacı olan aztəminatlı vətəndaşlar, o cümlədən, sosial müdafiəyə ehtiyacı olan gənclərə və digər kataqoriyadan olanlara təklif edilir. Vətəndaşlar qeydiyyatdan keçməklə qeyd edilən qaydalardan istifadə etmək hüququna malikdir" - deyə deputat bildirib.

Qeyd edək ki, Mənzil Məcəlləsinin 48-ci maddəsinə əsasən, yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir.

Digər xəbərlər
10:41 Xəstəlik vərəqi ilə bağlı YENİLİK: DSMF-yə göndəriləcək
10:10 Bu ödənişləri gecikdirsəniz də, adınız “qara siyahı”ya düşməyəcək
09:59 "Qiyamət günü" YAXINLAŞIR - 2 ölkə xəritədən silinəcək, digər 2-si isə...
09:54 Zelenskinin ofisi RAZILIQ VERDİ - Bu ölkədə atəşkəs danışıqları baş tutacaq
09:47 Stresslə mübarizə üçün yeni metod hazırlandı
09:43 Daha 55 ailə Sarıcalı və Ballıcaya yola salındı
16:26 Qəbul imtahlarına hazırlaşan abituriyentlərə ŞAD XƏBƏR
16:20 Şimşək çaxacaq, dolu düşəcək - Sabahın hava proqnozu