hemle

Onlar iş yerini özü seçəcək - evə daha yaxın olacaq

Tarix:13-02-2025, 10:22
Baxış Sayı:556

Tibb müəssisələrində iş yerini evə yaxınlaşdıran yeni layihənin icrasına başlanılıb.

"Evimə yaxın iş" layihəsi çərçivəsində Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan tibb müəssisələrində (Bakı şəhəri üzrə ilkin səhiyyə xidməti göstərən tibb müəssisələri) çalışan tibb və qeyri-tibb işçilərinin faktiki yaşayış ünvanlarına daha yaxın ərazilərdə olan tibb müəssisələrinə iş yerinin dəyişdirilməsi imkanı verilir.

Layihənin ilkin mərhələsində Bakı şəhəri üzrə ilkin səhiyyə xidməti göstərən bütün tabeli tibb müəssisələrinə işçilərin qeydiyyatdan keçmələri üçün onlayn anket forması təqdim olunub. Həmin anket formalarına öz məlumatlarını və istəklərini daxil etməklə əməkdaşlar qeydiyyatdan keçə bilər.

Növbəti mərhələdə müraciətlər TƏBİB tərəfindən dəyərləndirilir və əldə olunan nəticəyə dair Bakı Baş Səhiyyə Mərkəzinə müvafiq məlumatlar təqdim edilir.

Digər xəbərlər
10:41 Xəstəlik vərəqi ilə bağlı YENİLİK: DSMF-yə göndəriləcək
10:10 Bu ödənişləri gecikdirsəniz də, adınız “qara siyahı”ya düşməyəcək
09:59 "Qiyamət günü" YAXINLAŞIR - 2 ölkə xəritədən silinəcək, digər 2-si isə...
09:54 Zelenskinin ofisi RAZILIQ VERDİ - Bu ölkədə atəşkəs danışıqları baş tutacaq
09:47 Stresslə mübarizə üçün yeni metod hazırlandı
09:43 Daha 55 ailə Sarıcalı və Ballıcaya yola salındı
16:26 Qəbul imtahlarına hazırlaşan abituriyentlərə ŞAD XƏBƏR
16:20 Şimşək çaxacaq, dolu düşəcək - Sabahın hava proqnozu