hemle

Pezeşkianın Azərbaycana səfərə dəvət edilməsinin məqsədi açıqlandı

Tarix:10-02-2025, 21:00
Baxış Sayı:457

"Hazırda Azərbaycan Prezidentinin İran Prezidentinə ölkəmizə səfərlə bağlı dəvəti mövcuddur. Biz bu səfərin iki ölkə arasında əlaqələrin inkişafında yeni səhifə açacağına əminik".

Bunu Baş nazirin müavini Şahin Mustafayev İran İslam İnqilabının qələbəsinin 46-cı ildönümü münasibətilə keçirilən tədbirdə qeyd edib.

Onun sözlərinə görə, Azərbaycanın əzəli torpaqlarının işğaldan azad olunması və dövlət suverenliyimizin tam bərpası ilə regionda daha fəal əməkdaşlıq üçün əlverişli mühit yaradıb:

"Yeni yaranan reallıqlar fonunda Azərbaycan-İran əməkdaşlığı müsbət dinamika qazanıb, müxtəlif sahələrdə birgə həyata keçirilən layihələrin icrası yeni mərhələyə qədəm qoyub.

Xüsusi vurğulanmalıdır ki, hər iki ölkənin prezidentləri Azərbaycan-İran münasibətlərinə böyük önəm verir və eyni mövqedən çıxış edirlər ki, əlaqələrimizin gələcək inkişafına dair əldə edilmiş razılaşmalar, icra olunan birgə layihələr ölkələrimizin rifahına, bütövlükdə regionun davamlı inkişafına və təhlükəsizliyinə xidmət edir.

Prezident İlham Əliyevin Azərbaycan-İran əlaqələrinə verdiyi əhəmiyyətin bariz nümunələrindən biri onun bu günədək İrana yeddi dəfə səfər etməsidir".

Digər xəbərlər
16:54 Sürücülərin NƏZƏRİNƏ: bu küçə təmirə bağlanır
16:48 Mənzilimizi niyə sığorta etdirmək istəmirik? - Qanun var, amma...
16:45 Həftəsonu bəzi yerlərə yağış yağacaq
16:43 Ambulator müalicə alan xəstələrə şad xəbər: Pulsuz dərman təminatı nə vaxt başlayacaq?
16:34 Polkovnik: 972 mina xəritəsi Azərbaycana təhvil verilib, 8-i isə hazırlanır
14:16 Qonşu ölkə işıqsız qaldı
14:13 Bank kartınızdakı pulları belə qoruyun
14:11 Çinin Zəngəzur dəhlizinə yanaşması diqqət çəkir - "Kaspi"nin TƏHLİLİ