hemle

Ukrayna ordusu hər ay bu qədər dronla təmin olunur - ŞOK RƏQƏMLƏR

Tarix:9-02-2025, 21:24
Baxış Sayı:445

2025-ci ildə Ukrayna Silahlı Qüvvələrinin pilotsuz sistemlərlə, xüsusən də FPV pilotsuz təyyarələri ilə təmin olunma səviyyəsi yenidən yüksəlib. İndi bu rəqəm artıq ayda təxminən 200 min ədəddir.

Bu barədə Ukrayna müdafiə nazirinin birinci müavini İvan Qavrilyuk nazirliyin sosial şəbəkə səhifəsində məlumat verib.

“Hərbçilərimizin döyüş meydanında təminat səviyyəsi keçən ilin yay və payız aylarında olduğundan pis deyil. Başqa bir məsələ də odur ki, pilotsuz sistemləri, xüsusən də FPV pilotsuz təyyarələri götürsək, 2024-cü ilin birinci rübünə orta hesabla ayda 20 minlə başlamışıq, indi bu rəqəm ayda 200 minə yaxındır və getdikcə artır”, - deyə Qavrulyuk əlavə edib. Onun sözlərinə görə, söhbət təkcə FPV dronlarından deyil, digər pilotsuz sistemlərdən də gedir. Xüsusən hazırda yerüstü pilotsuz sistemlərin tətbiqi ilə bağlı çoxlu iş gedir.

Digər xəbərlər
09:55 Bu vitamin çatışmazlığı xəstəliyə səbəb olur
09:52 Qüdsdə bayram tədbirində erməni keşişlərin əxlaqsızlığı - Video
09:50 Bünövrədən, yoxsa hazır binadan mənzil alaq? - Hansı daha SƏRFƏLİDİR?
09:46 Sağlam uşaq doğan ən uyumlu qan qrupları
09:43 Göyərçinlər xəstəlik yayır - Alimlərdən XƏBƏRDARLIQ
09:37 Çindən Rusiyaya gözlənilməz ZƏRBƏ - İmtina prosesi başladı
09:34 Bu gün xristian aləmi Pasxa bayramını qeyd edir
09:30 Dubay şokoladı ABŞ və İranı PROBLEMLƏ ÜZLƏŞDİRDİ