hemle

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib

Tarix:7-02-2025, 12:15
Baxış Sayı:442

 

Azərbaycan bu gün Ukraynaya daha bir humanitar yardım partiyası göndərib. Elektrik avadanlıqlarından ibarət yük Sumqayıt Texnologiyalar Parkının ərazisindən yola salınıb.

Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 5 fevral 2025-ci il tarixli Sərəncamına əsasən, bir milyon ABŞ dollarının manat ekvivalentində vəsait ayrılıb.

Bu vəsait çərçivəsində göndərilən ilkin humanitar yardım yükünə elektrik kabelləri, naqillər və transformatorlar daxildir. Ukrayna tərəfindən daxil olmuş müraciətə əsasən, qeyd edilən təchizat müharibədən zərər çəkmiş ərazilərin elektrik enerjisi ilə dayanıqlı təchizatının bərpası üçün nəzərdə tutulur.

Xatırladaq ki, mövcud vəziyyətlə əlaqədar Azərbaycan tərəfindən Ukraynaya göstərilmiş yenidənqurma və humanitar məqsədli yardımların ümumi məbləği 40 milyon ABŞ dollarını keçib. 2025-ci ilədək elektrik avadanlıqları qismində 120-yə yaxın transformator və komplekt transformator məntəqəsi, 70-ə yaxın generator, habelə 3.3 milyon metrdən çox kabel və naqil Ukraynaya yola salınıb.

Digər xəbərlər
09:55 Bu vitamin çatışmazlığı xəstəliyə səbəb olur
09:52 Qüdsdə bayram tədbirində erməni keşişlərin əxlaqsızlığı - Video
09:50 Bünövrədən, yoxsa hazır binadan mənzil alaq? - Hansı daha SƏRFƏLİDİR?
09:46 Sağlam uşaq doğan ən uyumlu qan qrupları
09:43 Göyərçinlər xəstəlik yayır - Alimlərdən XƏBƏRDARLIQ
09:37 Çindən Rusiyaya gözlənilməz ZƏRBƏ - İmtina prosesi başladı
09:34 Bu gün xristian aləmi Pasxa bayramını qeyd edir
09:30 Dubay şokoladı ABŞ və İranı PROBLEMLƏ ÜZLƏŞDİRDİ