hemle

Türkiyədə uşaqlarla bağlı YENİ QADAĞA - "Bu onlara niyə lazımdır?"

Tarix:Bu gün, 09:51
Baxış Sayı:455

Türkiyə hakimiyyəti 2025-ci ildə 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsini qadağan etməyi planlaşdırır.

Bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Əbdülqadir Uraloğlu "CNN Türk" telekanalına açıqlamasında bildirib.

“Biz istəyirik ki, 16 yaşadək gənclərimiz sosial mediadan uzaq olsunlar. Bu onlara niyə lazımdır? Onsuz da orada onlar üçün faydalı heç nə yoxdur”, - deyə nazir bildirib.

Onun sözlərinə görə, son vaxtlar Türkiyədə bunu təsdiqləyən hadisələr baş verib.

“İnşallah, 2025-ci ildə biz bir sıra tənzimləyici tədbirlərin görülməsi üçün səy göstərmək istəyirik”, - Uraloğlu vurğulayıb.

2024-cü ilin avqust ayından ölkədə yeniyetmələr arasında populyar onlayn oyun "Roblox" bloklanıb. Bundan əlavə, ötən il Türkiyə hakimiyyəti oyunçular arasında populyar olan "Discord" mesajlaşma xidmətini də qadağan edib.

Türkiyə səlahiyyətliləri "Discord"un narkotik və uşaqların cinsi istismarı ilə əlaqəli olduğunu bəyan edib.

Digər xəbərlər
10:14 İrəvan Bakının bu layihəsinə qoşulmaq istəyir - Paşinyan açıqladı
10:09 Bakıda “Fransa və Ermənistan-Azərbaycan münaqişəsi” mövzusunda konfransı başladı
10:01 Böyümüş limfa düyünləri: Nə zaman narahat olmaq lazımdır?
09:58 İstanbulda gənc silahla bütün ailə üzvlərini qətlə yetirib
09:54 Bu xəstəliklər COVID-19-dan ÖLÜM RİSKİNİ ARTIRIR
09:51 Türkiyədə uşaqlarla bağlı YENİ QADAĞA - "Bu onlara niyə lazımdır?"
09:48 Çin süni intellektlə ABŞ-ı LƏRZƏYƏ GƏTİRİR - Onlara da qadağa qoyuldu
22:09 Universitetlər Bakıdan köçürüləcək?