hemle

“Qiyamət günü saatı”na MÜDAXİLƏ EDİLDİ - Gərginlik və nüvə eskalasiyası...

Tarix:28-01-2025, 21:37
Baxış Sayı:440

Alimlər Qiyamət saatının əqrəbini gecə yarısına bir saniyə yaxınlaşdırıblar - 89 saniyəyə qədər.

Bu barədə məlumat tədbirin yayımlandığı "Bulletin of Atomic Scientists" jurnalının saytında yer alıb.

"Bu, dünyanın indiyə qədər gecə yarısına ən yaxın olduğu vaxtdır", - "Bulletin"in elm və təhlükəsizlik şurasının sədri Daniel Holts bildirib.

Saatın üzərindəki vaxt dünyadakı gərginliyi, gecə yarısı isə nüvə eskalasiyasına keçidi simvolizə edir.

Xatırladaq ki, “Qiyamət günü saatı” ilk dəfə 1947-ci ildə jurnalın üz qabığında görünüb.

Yanvarın 24-də Britaniyanın “The Daily Mail” qəzeti Amerikanın SAFE şirkətinə istinadla yazıb ki, nüvə müharibəsi baş verəcəyi təqdirdə ABŞ-ın Virciniya ştatında dəbdəbəli bunker tikiləcək. O, restoranlar və hovuzlar, boulinq meydançası və dırmaşma divarı ilə təchiz olunacaq. Bundan əlavə, bunkerdə layihəyə əsasən, süni intellektdən istifadə etməklə sağlamlıq vəziyyətini yoxlamaq mümkün olacaq.

Digər xəbərlər
09:55 Bu vitamin çatışmazlığı xəstəliyə səbəb olur
09:52 Qüdsdə bayram tədbirində erməni keşişlərin əxlaqsızlığı - Video
09:50 Bünövrədən, yoxsa hazır binadan mənzil alaq? - Hansı daha SƏRFƏLİDİR?
09:46 Sağlam uşaq doğan ən uyumlu qan qrupları
09:43 Göyərçinlər xəstəlik yayır - Alimlərdən XƏBƏRDARLIQ
09:37 Çindən Rusiyaya gözlənilməz ZƏRBƏ - İmtina prosesi başladı
09:34 Bu gün xristian aləmi Pasxa bayramını qeyd edir
09:30 Dubay şokoladı ABŞ və İranı PROBLEMLƏ ÜZLƏŞDİRDİ