hemle

Ordumuzun vurduğu Rusiya helikopteri ilə bağlı SENSASİYA

Tarix:25-01-2025, 09:53
Baxış Sayı:501

2020-ci il noyabrın 9-da Azərbaycan hərbçiləri tərəfindən vurulan Rusiya helikopteri həmin gecə transponderləri söndürərək, sərhədin Naxçıvan hissəsinə qədər irəliləyən erməni kolonunu müşayiət edib.

Bu barədə “Caliber”in məqaləsində qeyd olunur.

Nəşr yazır ki, Bakı o zaman məsələni açıq şəkildə təqdim etmək əvəzinə, geri addım atmağı seçdi:

“Azərbaycan Prezidenti İlham Əliyev həmin vaxt haqlı olaraq onun qanuni hədəf olduğunu deyə bilərdi. Amma o, kişi kimi davrandı, üzr istədi, helikopterin təzminatı və həlak olanların ailələrinə kompensiyasiya ödənildi”.

“Caliber” 2023-cü il sentyabrında keçirilən antiterror əməliyyatları zamanı rus sülhməramlılara məxsus avtomobilin atəşə tutulması ilə bağlı detalları da açıb:

“Rusiya sülhməramlı kontingentinə əvvəlcədən xəbərdarlıq edilib ki, antiterror əməliyyatı keçirilən gün onların yeganə vəzifəsi bazada qalmaq olub. Kontingentin böyük əksəriyyəti bu “çətin” tapşırığın öhdəsindən uğurla gəldi. Lakin xəbərdarlıqlara məhəl qoymadan və Azərbaycan tərəfinə məlumat vermədən bazanı tərk etmək qərarına gələn bir neçə zabit oldu. Döyüş şəraitində istənilən razılaşdırılmamış hərəkət edən avtomobil avtomatik olaraq hədəfə çevrilir və təəssüf ki, o zabitlər də məhz bu səbəbdən atəşə məruz qaldı. Amma onlara açıq-aydın bazada qalmaq təlimatı verilmişdi. Vəziyyətin faciəvi olmasına baxmayaraq, Azərbaycan tərəfi baş verənlərə görə məsuliyyəti öz üzərinə götürdü, üzr istədi və hadisə ilə əlaqəli şəxsləri məsuliyyətə cəlb etdi”.

Digər xəbərlər
16:54 Sürücülərin NƏZƏRİNƏ: bu küçə təmirə bağlanır
16:48 Mənzilimizi niyə sığorta etdirmək istəmirik? - Qanun var, amma...
16:45 Həftəsonu bəzi yerlərə yağış yağacaq
16:43 Ambulator müalicə alan xəstələrə şad xəbər: Pulsuz dərman təminatı nə vaxt başlayacaq?
16:34 Polkovnik: 972 mina xəritəsi Azərbaycana təhvil verilib, 8-i isə hazırlanır
14:16 Qonşu ölkə işıqsız qaldı
14:13 Bank kartınızdakı pulları belə qoruyun
14:11 Çinin Zəngəzur dəhlizinə yanaşması diqqət çəkir - "Kaspi"nin TƏHLİLİ