hemle

Rüstəm Əbülfətoğlu... 1 iyun şəhid uşaqıarımızın anım günüdür.

Tarix:1-06-2020, 16:38
Baxış Sayı:1 016

Bu gün 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.
Şəxsən mənim üçün isə bu tarix hər il olduğu kimi daha çox ANIM GÜNÜdür...

Ermənilər tərəfindən vəhşicəsinə öldürülmüş, süngüyə, yabaya keçirilmiş, baltalanmış, doğranmış, başları əzilmiş, qolları kəsilmiş, gözləri çıxarılmış, zorlanmış, divarlara mıxlanmış, diri-diri odda yandırılmış günahsız yüzlərlə körpə, minlərlə AZƏRBAYCANLI UŞAĞIN ANIM GÜNÜ... Köməksiz, çarəsiz, ümidsiz, bağrı çartlayan uşaqların fəryadını, ah-naləsini, qışqırıqlarını, göz yaşlarını, diz çökdürülməsini, onlara necə əzab, işgəncə verilməsini hiss etdiyim, onların yalvarışını, iniltisini eşitdiyim, uşaqlıq arzularını, istəklərini duyduğum, fikirlərini, düşüncələrini təsəvvür etdiyim, şirin nağıllara, oyuncaqlara necə ürəkdən sevinə, qəh-qəhə ilə gülə biləcəklərini xəyalımda canlandırdığım ANIM GÜNÜdür...

Dünya isə yenə susur... Hər zaman olduğu kimi... Böyük ehtimalla bu dəfə də uşaqların müdafiəsi dünyaya gurultulu alqışlar altında planetar ekoloji tarazlığının qorunmasının vacibliyi prizmasından izah ediləcək...

Amma nə 1918 ci ildə Şamaxıda daşnakların işgəncə ilə öldürdüyü 1277 uşaq, nə həmin il Gəncədə vəhşicəsinə qətlə yetirilmiş 15 azyaşlı, nə iki il sonra Naxçıvanda parça-parça edilmiş 25 körpə, nə də Zəngəzurda güllələnmiş 2196 uşaq xatırlanacaq. Bakıda, İrəvanda, Göyçədə, Qarabağda, Qubada, Şirvanda törədilmiş erməni terrorunun qurbanı olan uşaqlar barədə də dünya yenə səssiz qalacaq.

Heç yaxın keçmiş də yada düşməyəcək...


1988-ci ildə Quqarkda 70, Spitakda isə 17 azyaşlının borulara doldurularaq qaynaq edildiyi dəhşətli qətliamlar da, Sevan şəhərində su quyusunda əzabla boğulmuş 22 uşaq da xatırlanmayacaq. Eynən 1992 ci ildə hətta başlarının dərisi belə soyulmuş, hissələrə doğranmış, kürəklərində, sinələrində ocaq qalanmış Xocalıdakı 63 günahsız uşaq kimi....

Xankəndi, Şuşa, Laçın, Xocavənd, Ağdərə, Ağdam, Kəlbəcər, Cəbrayıl, Zəngilan, Füzuli, Qubadlıda amansızcasına qətlə yetirilmiş, yaralanmış, valideyinlərini itirmiş yüzlərlə azyaşlı, habelə itkin düşmüş, körpə olarkən girov götürülmüş və bugünədək əsirlikdə saxlanılan 22 uşağın fəryadını, naləsini bu dəfə də dünya duymayacaq, onları müdafiə etməyəcək...Necə ki, çaydan tapdıqları oyuncaqlarına quraşdırılmış partlayıcı maddə nəticəsində həyatlarını itirmiş Ağdamdakı 9 yaşlı Fariz Bədəlovu, Tovuzdakı 13 yaşlı Aygün Şahmalıyevanı və ya 2017 ci ildə Füzulidə qətlə yetirilmiş 2 yaşlı Zəhra Quliyevanı müdafiə etməmişdi.

Yeri gəlmişkən ATƏŞKƏS DÖVRÜNDƏ ÜMUMİLİKDƏ 34 UŞAQ ERMƏNİ TERRORUNUN QURBANI OLUB. ONLARDAN 14-ü HƏLAK OLUB, 20-i YARALANIB.

Bu statistikanı isə hələ də Ramil Səfərovu, Mübariz İbrahimovu və digər qəhrəmanlarımızın hərəkətlərini təftiş edən antimilli ünsürlər üçün xatırlatdım. Öldürülən uşaqlar da o vaxt şirin yuxuda idi... Və səbirsizliklə səhərin açılmasını, günəşi, səmanı, bütün bayramları və nəhayət bu günü 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününü gözləyirdilər....

Digər xəbərlər
19:13 Sabah Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ
13:01 Dörd dost Türkiyə-Ermənistan sərhədini keçmək istədi: İsmayılı Araz apardı
12:58 “ChatGPT” dünyanı fəth edir: “TikTok” və “Instagram”ı geridə qoydu – FOTO
12:50 "Green card"a müraciət edənlərin NƏZƏRİNƏ
12:47 FHN qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi
12:43 Moskvadan İrəvana Avropa seçimi ilə bağlı daha bir sərt xəbərdarlıq
12:39 Sənan Mehdiyevin həbs müddəti uzadıldı
12:33 Naxçıvana daşınan yüklər Mehridən hansı prinsiplə keçəcək?