hemle

Pensiyaçılara sevindirici XƏBƏR - Fevraldan bu qədər artacaq

Tarix:Dünən, 17:41
Baxış Sayı:556

"Əmək pensiyaları haqqında" qanuna dəyişiklik layihəsi ilə Prezident İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq, qanunda dəyişiklik ediləcək".

Bunu açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Komitə sədri bildirib ki, əmək pensiyalarının minimum məbləği qanunla müəyyənləşir: "Prezident hökumətə əmək pensiyalarının minimum məbləğinin artırılmasını tövsiyə etmişdi. Prezidentin sərəncamına əsasən, əmək pensiyalarının minimum məbləği 280 manatdan 320 manata çatdırılmalıdır. Ona görə həmin müddəanı qanuna gətiririk. Əmək pensiyalarının minimum məbləğinin artırılması barədə komitə qərarını verəcək və yaz sessiyasının fevralın 1-də keçirilən ilk iclasında da parlament qərar qəbul edəcək".

Komitə sədri diqqətə çatdırıb ki, minimum əmək pensiyasının artımı ilə əlaqədar bütün pensiyalarda artımlar olacaq.

Qeyd edək ki, Prezident İlham Əliyev 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən, əmək pensiyasının minimum məbləği 2025-ci il fevral ayının 1-dən 280 manatdan 320 manata qaldırılmalıdır.

Xatırladaq ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" qanun layihəsi müzakirə ediləcək.

Digər xəbərlər
21:07 Bu ərazilər qazsız qalacaq
21:05 Azərbaycana da çatdı: qapanmalar olacaq?
20:58 Trampın vədləri və İlham Əliyevin mesajları - Bakının gözləntiləri nələrdir?
20:55 Türkiyədə matəm elan edildi
17:44 Tələbələrə ŞAD XƏBƏR: Avtobuslarda GÜZƏŞT OLACAQ
17:41 Pensiyaçılara sevindirici XƏBƏR - Fevraldan bu qədər artacaq
17:39 Fərid Səfərli Azərbaycanda həbsdə olan İran casusu ilə dəyişdirildi
16:47 “Əskipara üçbucağı” Azərbaycana qaytarılır: Ermənilər “döyüşəcəyik” deyirlər - VİDEO