hemle

Fərid Səfərli Azərbaycanda həbsdə olan İran casusu ilə dəyişdirildi

Tarix:21-01-2025, 17:39
Baxış Sayı:445

Məlum olduğu kimi, dünən Facebook səhifələrində müəyyən xarici dairələr tərəfindən idarə olunan trol ordusunun anidən kütləvi paylaşımları ilə aktivləşməsi əksər sosial şəbəkə istifadəçilərinin və media qurumlarının diqqətindən qaçmayıb.

Fərid Səfərlinin vətənə qaytarıldığı barədə DTX və XİN-in birgə məlumatından sonra, mənbəyi bilinməyən və hər biri yeni yaradılmış çoxsaylı saxta profillər qeyd olunan xəbərin paylaşıldığı Facebook səhifələrini "eyni sözlər"dən ibarət şərhlərlə doldurmağa başladılar.

Şərhlərdə əsasən, "Fərid Səfərlinin casusluq etməsinə baxmayaraq, saxlanıldığı ölkədə ona xoş münasibət göstərildiyi, bununla belə layiq olmadığı halda Azərbaycana qaytarıldığı" bildirilir.

Qohumlarından əldə olunan məlumata əsasən, Almaniyada tələbə olan, getdiyi İranda 2 il həbsdə saxlanılmış Fərid Səfərli əvəzsiz qaydada deyil, Azərbaycanda həbsdə olan İran casusu ilə dəyişdirilməklə və Azərbaycanın öz vətəndaşına verdiyi yüksək dəyərdən irəli gələrək qaytarılıb. Azərbaycan dövlət orqanlarının rəsmi məlumatında deyildiyi kimi, qarşılıqlı prosedur çərçivəsində.

Odur ki, Azərbaycan mühitini tanımadan sosial şəbəkələrin Azərbaycan seqmentinə saysız trolları ilə ideoloji müdaxiləyə cəhd edən kəmfürsət yarımçıq texnoloqlar belə şərhləri ilə Azərbaycan xalqının gözündə nə qədər gülünc göründüklərini bilsələr yaxşıdır.

Digər xəbərlər
16:54 Sürücülərin NƏZƏRİNƏ: bu küçə təmirə bağlanır
16:48 Mənzilimizi niyə sığorta etdirmək istəmirik? - Qanun var, amma...
16:45 Həftəsonu bəzi yerlərə yağış yağacaq
16:43 Ambulator müalicə alan xəstələrə şad xəbər: Pulsuz dərman təminatı nə vaxt başlayacaq?
16:34 Polkovnik: 972 mina xəritəsi Azərbaycana təhvil verilib, 8-i isə hazırlanır
14:16 Qonşu ölkə işıqsız qaldı
14:13 Bank kartınızdakı pulları belə qoruyun
14:11 Çinin Zəngəzur dəhlizinə yanaşması diqqət çəkir - "Kaspi"nin TƏHLİLİ