Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin sədri Radə Abbas uşaqların Beynəlxalq müfdafiəsi günü münasibəti ilə gül üzlü balalarımızı təbrik etdi.
Bu gün uşaqların Beynəlxalq Müdafiəsi günüdür. Canımızdan bir parçamız, könlümüzün sevinci, həyatımızın davamı olan uşaqlar bayramınız mübarək. Sizi təbrik edirəm!!!.
Dünyanız salamat, valideyinlərin və özünüz sağlam olun. Ruziniz bol, canınız sağ olsun.
Dünyanın heç bir uşağına Qarabağda ermənilər tərəfindən öldürülmüş, girov götürülüb işgəncələrə məruz qalmiş, ata-anası öldürülmüş Azərbaycan uşaqlarının taleyini arzu etmirəm.
Mənim əzizlərim dünyanız elə ədalətli, elə əmin-amanlıq olsun ki, sizlərin heç kimin müdafiəsinə ehtiyacınız olmasın. Gözəl könlünüz, gülər üzünüz valideyinlərinizin sevinc qaynağı olsun.
Yaxşıki varsınız... Sizlər olmasaydınız dünyamız çox kədərli, çox sönük və mənasiz olardı. Varlığınız dünyamızı xoşbəxt edir!!!
Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin bütün üzvləri uşalqrımızı təbrik edir və dünyanın heç yerində uşaqlar öldürülməsin, girov götürülməsin, işgəncə, əziyyət görməsin, valideyinlərini itirməsin deyirik.
MVQSYİB-nin Mətbuat xidməti