hemle

Yeddi milyon insan xaricə qaçıb - Ukrayna demoqrafik fəlakət içərisindədir

Tarix:20-01-2025, 09:50
Baxış Sayı:441

Ukrayna demoqrafik fəlakət içərisindədir.

Bu barədə "Der Spiegel" nəşri yazıb.

Qeyd olunur ki, hələ müharibədən əvvəl Ukraynada böhran olsa da, Rusiyanın hərbi müdaxiləsindən sonra vəziyyət faciəli hal almağa başlayıb.

"Demək olar ki, yeddi milyon insan xaricə qaçdı", - məlumatda bildirilir.

Məlumata görə, Rusiyanın 2022-ci ilin fevralında başlatdığı genişmiqyaslı müharibə demoqrafik böhranı fəlakətə çevirib:

"Ən azı beş milyon ukraynalı hazırda Rusiyanın işğalı altında yaşayır. On minlərlə dinc sakin və 100 minə qədər hərbçi həlak olub. Əgər 1990-cı illərin əvvəllərində Ukraynada 51,5 milyon insan yaşayırdısa, hazırda Kiyevin nəzarətində olan ərazidə cəmi 29 milyon insan yaşayır".

Bildirilir ki, bu tendensiya təkcə Ukraynaya aid deyil, Rusiya da oxşar problemlə üz-üzədir, amma Rusiyanın əhalisi Ukraynadakından, demək olar ki, dörd dəfə çoxdur.

Bildirilir ki, Ukraynadakı hazırkı tendensiyanın qarşısının alınması üçün insanlar geri qayıtmalıdırlar:

"Bunun baş verməsi üçün ilk növbədə, müharibə bitməli, təhlükəsizliyə zəmanət verilməlidir. Əks halda, çətin ki, kimsə ölkəsinə qayıtsın. Əksinə, Ukraynadan gedənlərin sayı artacaq".

Digər xəbərlər
16:26 Qəbul imtahlarına hazırlaşan abituriyentlərə ŞAD XƏBƏR
16:20 Şimşək çaxacaq, dolu düşəcək - Sabahın hava proqnozu
16:16 Daha bir mif dağıdıldı: Xolesterolu azaldan xüsusi pəhriz yoxdur!
16:11 Yer kürəsini maqnit qasırğaları bürüyəcək - İki gün davam edəcək...
09:55 Bu vitamin çatışmazlığı xəstəliyə səbəb olur
09:52 Qüdsdə bayram tədbirində erməni keşişlərin əxlaqsızlığı - Video
09:50 Bünövrədən, yoxsa hazır binadan mənzil alaq? - Hansı daha SƏRFƏLİDİR?
09:46 Sağlam uşaq doğan ən uyumlu qan qrupları