hemle

Hər gün istifadə olunan makiyaj fırçaları - bu xəstəliklərinə səbəb ola bilər

Tarix:19-01-2025, 16:11
Baxış Sayı:477

Makiyaj fırçaları və süngərləri düzgün təmizləməmək dermatoloji və oftalmoloji xəstəliklərə səbəb ola bilər.

Biotexnoloq Mariya Zolotarevanın bildirdiyinə görə, bu alətlərdə toplanan makiyaj qalıqları, sebum, ölü dəri hüceyrələri və bakteriyalar dəridə və gözlərdə infeksiyalara yol aça bilər. Sızanaq, follikulit, kontakt dermatit və hətta konjonktivit kimi xəstəliklər yaranma riski daşıyır.

Fırçaların həftədə ən azı bir dəfə yumşaq sabun və ya xüsusi şampunla yuyulması, antiseptiklərlə gündəlik təmizlənməsi və düzgün şəraitdə saxlanılması vacibdir. Süngərlər isə hər istifadədən sonra yuyulmalı və üç aydan bir dəyişdirilməlidir. Təbii tüklərdən hazırlanmış fırçalar daha çox diqqət tələb edir, sintetik tüklər isə baxım baxımından daha rahatdır və bakteriyaların yığılmasına daha az meyllidir.

Digər xəbərlər
23:35 İlham Əliyev Çinin Sinxua agentliyinə müsahibə verib
23:35 Emin Əmrullayevdən kurikulumlarla bağlı YENİ QƏRAR
23:34 Pezeşkian: "İran ABŞ ilə nüvə sazişi bağlamağa hazırdır"
23:33 Paşinyan Azərbaycana barter təklif edir
23:32 Rahim Novruzova yüksək vəzifə verildi
23:31 Sabunçu Rayon İcra Hakimiyyətində təyinat
23:30 16 milyon dollar sərvəti kimə qalacaq?
23:30 Sabah bu ərazilərdə işıq olmayacaq