hemle

Rusiyaya görə ABŞ siyasəti qarşısında TƏLƏBLƏR QOYULDU

Tarix:19-01-2025, 10:05
Baxış Sayı:441

ABŞ Rusiya ilə dost olmaq üçün Vaşinqtonda Demokratik və Respublikaçı elitadan ibarət cəmiyyətdə dominantlıq edən, demək olar ki, birpartiyalı insanlar qrupundan qurtulmalıdır .

Amerika siyasəti qarşısında bu tələbi Pentaqonun keçmiş müşaviri, polkovnik Duqlas Makqreqor "X" sosial şəbəkəsindəki paylaşımı vasitəsi ilə qoyub.

“Biz bir partiyalı quruluşu qovmalıyıq. Rusiya ilə uzunmüddətli sülh münasibətləri tamamilə mümkündür”, - ekspert bildirib.

Makqreqor əlavə edib ki, adi amerikalıların Moskvanın siyasətindən şikayətləri yoxdur.

Polkovnikin sözlərinə görə, orta statistik ABŞ sakini onun ölkəsinin Ukraynadakı münaqişəyə niyə müdaxilə etdiyi barədə heç bir fikri yoxdur.

Ekspert vurğulayıb ki, Rusiya ilə ABŞ arasında münasibətlərdə əsas problem Vaşinqtondadır.

Digər xəbərlər
21:24 Həmin sənədi alarkən rüsum tələb edilməyəcək
21:22 Reklam qaydalarını pozan bu şəxslər cərimələnəcək
21:20 Bu şəxslərin hərbi xidmətdə olması üçün son yaş həddi müəyyən edilməyəcək
21:14 Sığortadan pulu gecikənlərin NƏZƏRİNƏ: Təzminat almaq olar - AÇIQLAMA
21:11 Bakıya güclü leysan yağacaq - Hava kəskin dəyişir
21:07 Bu peşə beyin üçün ən təhlükəlisidir
20:46 Boşanmadan da aliment almaq olar - AÇIQLAMA
20:17 Əli Əsədov yeni qərarlar imzaladı