hemle

Qəhvəyi gözlülərə bəd xəbər

Tarix:17-01-2025, 21:36
Baxış Sayı:440

Liverpul Con Moores Universitetindən Kyoko Yamaquçi və onun tələbəsi Faith Erin Cain göz rəngi ilə vizual qavrayış arasındakı əlaqəni araşdırmaq üçün maraqlı təcrübə aparıblar.

Bu tədqiqatda 39 yetkin könüllü üzərində aparılan sadə görmə testindən istifadə edilib. Test zəif işıq şəraitində, yəni azaldılmış işıq şəraitində aparılıb.

Tədqiqatçıların göz rənglərinin müayinəsi nəticəsində müəyyən edilib ki, iştirakçılardan 25-nin mavi və ya mavi tonlu, 14-nün isə qəhvəyi və ya qəhvəyi tonlu göz rənginə malik olub. Bu paylama tədqiqatın məqsədinə yönəlmiş mühüm məlumatları ortaya çıxardıb. 

Testin nəticələri mavi gözlü fərdlərin işıq azaldıqca qəhvəyi gözlü şəxslərdən fərqli vizual qavrayış nümayiş etdirib-göstərmədiyini öyrənmək üçün daha dərindən təhlil aparmağa imkan verib.

Təcrübənin nəticələri, irisdə rəng piqmentinin itirilməsinin zəif işıqlı mühitlərdə daha yaxşı görmə üçün faydalı dəyişiklik olduğu nəzəriyyəsini dəstəkləyib.

Onu da qeyd edək ki, qəhvəyi gözlər əslində bir çox mühüm təkamül üstünlüklərinə sahibdirlər. Qaranlıq gözləri olan insanlar ultrabənövşəyi (UV) şüalara qarşı daha çox qorunur. 

Qəhvəyi gözlərin başqa bir təkamül üstünlüyü onların göz sağlamlığına verdiyi töhfələrdən qaynaqlanır. Yaşla əlaqəli göz xəstəliyi olan makula degenerasiyası, xüsusilə də, qəhvəyi gözlü insanlarda mavi gözlülərə nisbətən daha az nisbətdə görülür. Bunun səbəbi qaranlıq gözlərdə olan melanin piqmentinin gözləri zərərli UV şüalarından və mavi işıq dalğalarından daha yaxşı qorumasıdır.

Nəticədə, təkamül nöqteyi-nəzərindən qəhvəyi gözlərin təmin etdiyi bu bioloji qorunma mexanizmləri fərdlərin sağ qalma şansını artıran mühüm amil olub. Bununla belə, hər bir göz rəngi ətraf mühit şəraitinə və bioloji xüsusiyyətlərinə görə fərqli üstünlüklər təqdim edir; beləliklə, hər birinin özünəməxsus təkamül rolu var.

Digər xəbərlər
16:26 Qəbul imtahlarına hazırlaşan abituriyentlərə ŞAD XƏBƏR
16:20 Şimşək çaxacaq, dolu düşəcək - Sabahın hava proqnozu
16:16 Daha bir mif dağıdıldı: Xolesterolu azaldan xüsusi pəhriz yoxdur!
16:11 Yer kürəsini maqnit qasırğaları bürüyəcək - İki gün davam edəcək...
09:55 Bu vitamin çatışmazlığı xəstəliyə səbəb olur
09:52 Qüdsdə bayram tədbirində erməni keşişlərin əxlaqsızlığı - Video
09:50 Bünövrədən, yoxsa hazır binadan mənzil alaq? - Hansı daha SƏRFƏLİDİR?
09:46 Sağlam uşaq doğan ən uyumlu qan qrupları