hemle

ALİMLƏRDƏN SENSASİON ARAŞDIRMA: ÖLÜLƏR MƏZARDA HƏRƏKƏT EDİR VƏ… — VİDEO

Tarix:1-06-2020, 08:18
Baxış Sayı:401

Avstraliyalı araşdırmaçılar indiyədək irəli sürülən nəzəriyyələrin əksinə olaraq, ölülərin məzarda “sakit yatmadıqlarını” iddia edib.

ONN media xəbər verir ki, sürətləndirilmiş kameralarla reallaşdırılan çəkilişlərdə ölü bədənin quruma və çürümə prosesində üzvlərinin hərəkət etdiyini ortaya çıxarıb.

70 cəsəd üzərində araşdırma aparan Avstraliya Təcrübə Araşdırmaları Mərkəzi (AFTER) ölmüş bədənin bir il keçdikdən sonra belə orqanların hərəkət etdiyini aşkar edib.

Sürətləndirilmiş kameralar 17 ay ərzində hər 30 dəqiqədən bir cəsədlərin fotolarını çəkib. Əldə edilən nəticələrdə bədənin quruma və çürümə prosesində hərəkət etdiyi bəlli olub. Bunun xüsusən detektivlər və patoloqlar üçün önəmli bir kəşf olduğu bildirilib.

Araşdırmaçı Alison Vilson qeyd edib ki, araşdırmalar zamanı qolların hiss ediləcək səviyyədə hərəkət etdiyini üzə çıxarıblar: “Bədəni sarılmış və ya bədənin yanında duran qollar ya yana düşür, ya da geniş açılır. Yana açılan qollar yenidən geri hərəkət edərək bədənə toxunur”.

Vilsona görə, bu hərəkətlənmə birləşdirici toxumaların qurumasıyla bədənin kiçilib büzülməsindən irəli gələ bilər.

Koronavirus bu şəxsləri öldürmür – ARAŞDIRMA
Koronavirus bu şəxsləri öldürmür – ARAŞDIRMA
Nyukasl Universitetinin anropoloqu Xante Mallett isə bildirib ki, ölünün hərəkət etməsi insanları təəccübləndirəcək: “Mən bunu görəndə heyrətləndim, qolların bu formada hərəkət etməsini görəndə ağzım açılı qaldı”.

Bugünədək cəsədin uzun illərdən sonra da, məzara qoyulmuş vəziyyətdə qalmasına inanılırdı.(teleqraf)
https://www.youtube.com/watch?v=WWu3jdPU_qE

Digər xəbərlər
10:05 Türkiyədən dünyanı silkələyən addım: Son dərəcə məxfi hazırlanıb - Okeanda sınaqdan keçiriləcək
10:02 Yunanıstandan təxribat: Rusiya silahlarını Ukraynaya vermədi - Ermənistana göndərir
10:01 Təcili: Dağıdıcı raketlərin Ermənistana çatdırıldığı təsdiqləndi - VİDEO
09:43 Necə qidalanaq ki, gözlərimiz ziyan görməsin?
09:40 Uşaqların kosmetika istifadəsinin fəsadları - Mütəxəssisdən XƏBƏRDARLIQ
09:34 Sinədə ağrılar ürək xəstəliklərindən başqa nəyin əlamətidir?
09:28 Cəmi 3 sualla Alsheymer xəstəliyini diaqnoz et
09:25 Qərb Rusiya ilə bağlı nədə səhvə yol verdi?