hemle

Paşinyan Əliyevin növbəti tələbini bu gün qəbul etdi - Erməni deputat detalları açdı

Tarix:Bu gün, 10:08
Baxış Sayı:440





“Nikol Paşinyan bu gün İlham Əliyevin daha bir güzəşt tələbini qəbul etdi”.

Publika.az xəbər verir ki, bu iddia ilə “Ermənistan” fraksiyasının deputatı Artur Xaçatryan çıxış edib.

Xaçatryan iddia edib ki, Prezident İlham Əliyev Ermənistana növbəti ultimatum təqdim etdi və şərtləri qəbul etməkdən başqa yolun qalmadığını çatdırdı.

“Ermənistanın silahsızlaşdırılması, Qərbi Azərbaycana qayıdış, Zəngəzur dəhlizinin açılması və digər tələbləri var. Əliyev Ermənistan dövlətini faşist adlandırdı, bu o deməkdir ki, faşizmə qarşı hansı məntiqlə hərəkət edirlərsə, Ermənistana qarşı da eyni məntiqlə hərəkət ediləcək.

Paşinyan isə susdu, lakin sonra anladı ki, uzun müddət susa bilməz. Ona görə yox ki, erməni ictimaiyyəti cavab tələb edir, xeyr. Səbəb Əliyevin güzəşt tələbini cavablandırmaqdır. Bəyan etdi ki, “biz sona qədər sülh prosesini dəstəkləyəcəyik”.

Bu o deməkdir ki, müharibənin olmaması üçün Azərbaycanın bütün tələblərini qəbul etməliyik. Beləliklə, Paşinyan bu gün Əliyevin növbəti güzəşt tələblərini qəbul etdi. Onun səsləndiriyi fikirlər də bu tələblərin qəbul edilməsinə zəmin hazırlamaq məqsədi daşıyır”, - erməni deputat iddia edib.

Digər xəbərlər
20:07 Paşinyan Azərbaycanla sülhə nail olmaq üçün təkliflərini AÇIQLADI
19:40 Bu şəxslər vaxtından əvvəl tərxis oluna bilər - RƏSMİ
19:35 “BakıKart” istifadəçilərinə MÜHÜM XƏBƏR
19:29 Plastik cərrahi əməliyyatları tənzimləyən ayrıca yerli protokollar mövcud deyil - RƏSMİ
19:26 Sabah Bakının 3 rayonu QAZSIZ QALACAQ
19:16 Aztəminatlı ailələrə sosial yardımlar dayandırılır? - Nazirlikdən açıqlama
19:10 Azərbaycan vətəndaşları 72 ölkəyə vizasız səfər edə bilərlər
19:07 Moskvadan İrəvana xəbərdarlıq: Eyni vaxtda həm orada, həm də burada ola bilməzsən