hemle

Şəkərsiz adı ilə aldığımız məhsullar zəhər saçırmış

Tarix:8-01-2025, 14:55
Baxış Sayı:511

Son illərdə insanların şəkər istehlakını azaltmaq üçün daha çox süni dadvericilərə yönəlməsi halları artıb. Lakin, bu dadvericilər sağlamlığa ciddi zərər vurur.

Tədqiqatlar süni dadvericilərin qanda şəkəri yüksəltməsi və maddələr mübadiləsini pozması kimi mənfi təsirlərə yol açdığını üzə çıxarmışdır.

Süni dadvericilər kalorisi olmadığından şəkər əvəzi olaraq istifadə edilir, amma bu maddələr bədəndə şəkərə bənzər təsirlər yarada bilir. Araşdırmalar göstərib ki, bəziləri qanda şəkəri artıraraq, insulin səviyyələrini yüksəldir və bu da bədənin şəkərlə balansını poza bilər. Bu vəziyyət, xüsusilə şəkər xəstələri üçün təhlükəli ola bilər.

Həmçinin, dadvericilər şəkər asılılığına səbəb ola bilər. Aspartam və sukraloz kimi süni dadverici maddələr bağırsaq florasında pozulmalara səbəb olaraq, iltihablanmalara və həzm problemlərinə yol açır.

Süni dadvericilərin istifadəsi xüsusilə şəkər xəstəliyi olanlar arasında geniş yayılmış olsa da, tədqiqatlar bu maddələrin insulin müqavimətini artıra biləcəyini və bu səbəbdən II tip diabet riskini yüksəltdiyini göstərir.

Digər xəbərlər
22:36 Bu qanunun tələblərinin pozulmasına görə cərimələrin 50 faizi hərbçilərin maaşlarına əlavə ediləcək
22:31 Həccə getmək niyə bizdə baha, qonşu ölkələrdə ucuzdur? - AÇIQLAMA
22:28 Sabah bu ərazilərdə qaz olmayacaq
18:31 Təşəkkür məktubu
11:41 Müqavilə ilə "kupça"dakı kvadrat düz gəlmir - Təzminat ala bilərsiz
11:39 Tələbələrə PULSUZ - AYNA-dan AÇIQLAMA
11:36 Nazirlər Kabinetinin iki qərarı ləğv edildi
11:34 Türkiyə mətbuatında Azərbaycanla bağlı mənfi rəy yaratmaq istəyənlər kimlərdir? - FOTOFAKTLAR