hemle

Mədəaltı vəzi xərçənginin xəbərdaredici işarəti açıqlandı: Bu dəyişiklik 86 faiz insanda görülür

Tarix:5-01-2025, 10:26
Baxış Sayı:455

Mədəaltı vəzi xərçəngi adətən gecikmiş mərhələlərdə əlamət verir və bu səbəbdən təhlükəli hesab olunur. Lakin bəzi erkən simptomlar xəstəliyin vaxtında aşkarlanmasına kömək edə bilər.

Həkimlər bu xərçəng növünün ən yayılmış əlamətlərini müəyyən edərək xəstələrin diqqətini bu məsələyə yönəldiblər.

Asteniya, yəni həddindən artıq yorğunluq və zəiflik, mədəaltı vəzi xərçənginin ən önəmli xəbərdaredici əlamətlərindən biridir. Bu hiss bəzən ümumi zəiflik olaraq bütün bədəni, bəzən isə yalnız qolları və ayaqları əhatə edə bilər. Asteniya tez-tez konsentrasiya və yuxu problemləri ilə əlaqələndirilir.

Digər erkən əlamətlərə iştahsızlıq, səbəbsiz kilo itkisi və qarın ağrısı daxildir. Bu simptomlar bəzən xoluriya, yəni sidiyin rənginin tündləşməsi ilə müşayiət olunur. Gözlərdə və dəridə saralma da xərçəngin əlamətləri arasında göstərilir. Həmçinin, yüksək temperatur və ya titrəmə hissi kimi simptomlar da müşahidə edilə bilər.

Bu əlamətlər fərqli xəstəliklərdə də meydana gələ bilər, lakin diqqətli olmaq və vaxtında həkimə müraciət etmək xəstəliyin erkən aşkarlanması və müalicə şansı baxımından həyati əhəmiyyət daşıyır.

Digər xəbərlər
22:09 Universitetlər Bakıdan köçürüləcək?
22:07 Sürücülərin nəzərinə - Bu sənədi artıq AYNA-dan əldə etmək mümkündür
22:05 Şəkər xəstəliyinin erkən əlaməti ola bilər - Üzünüzə diqqətlə baxın, bu ləkələr varsa...
22:03 Hər kəsin zibilə atdığı limon qabığı - Xəzinədir: Faydaları saymaqla bitmir
21:59 Azərbaycanda doktorantura birpilləli sistemə keçirilə bilər - RƏSMİ
21:57 Saxta plastik cərrahlar üçün SON GÜN - Sabahdan....
21:54 Elektron Təhlükəsizlik Xidməti “Telegram” platformasında fişinq hücumlarının artması ilə bağlı xəbərdarlıq edir!
15:02 Aliment ala bilməyənlərə ŞAD XƏBƏR: Fond yaradılır, dövlət qarşılayacaq