hemle

Maqnit qasırğası zamanı səhhətdə yaranan problemlərdən xilas edən altı TÖVSİYƏ

Tarix:3-01-2025, 16:48
Baxış Sayı:456

Hazırda Yerdə 5 ballıq şkala üzrə 4-cü sinif (G4) təyin edilmiş güclü maqnit fırtınası müşahidə olunur. Onun insanların, xüsusilə də meteohəssas və ürək-damar xəstəliklərindən əziyyət çəkənlərin səhhətinə təsiri bir neçə gün hiss olunacaq.

Bu barədə rusiyalı terapevt və qastroenteroloq Konstantin Spaxov xəbərdarlıq edib.

Onun sözlərinə görə, maqnit fırtınaları zamanı fəsadlardan qaçmaq üçün bir sıra sadə, lakin effektiv qaydalara əməl etmək lazımdır:

"Birincisi, insan tam yuxusunu almalıdır, lazım gələrsə, gündüz yatmaq olar. Qəhvə, tünd çay və digər oyadıcı içkilərdən uzaq durmaq lazımdır. Həmçinin, həddindən artıq yemək olmaz, yüngül və sağlam qidaya üstünlük verilməlidir", - deyə qastroenteroloq izah edib.

Həkim, həmçinin, narahatlıq və həyəcanı aradan qaldırmaq üçün bitki mənşəli sakitləşdirici vasitələri tövsiyə edib.

"Təmiz havada gəzinti maqnit fırtınalarının orqanizmə təsirini azaltmağa kömək edəcək. Başağrısı varsa, ancaq təzyiq yüksək deyilsə, ağrıkəsici qəbul etmək olar", - deyə mütəxəssis sözlərini yekunlaşdırıb.

Yeri gəlmişkən, qeyd edək ki, G4 səviyyəsi təkcə insanlara təsir etmir, həmçinin, enerji sistemlərinin işində pozuntulara, məsələn, qoruyucu qurğularda yanlış həyəcan siqnallarına və yağ transformatorlarının həddindən artıq qızmasına səbəb ola bilər. Bundan əlavə, peyk və radio rabitəsində pozuntular müşahidə oluna bilər.

Digər xəbərlər
10:41 Xəstəlik vərəqi ilə bağlı YENİLİK: DSMF-yə göndəriləcək
10:10 Bu ödənişləri gecikdirsəniz də, adınız “qara siyahı”ya düşməyəcək
09:59 "Qiyamət günü" YAXINLAŞIR - 2 ölkə xəritədən silinəcək, digər 2-si isə...
09:54 Zelenskinin ofisi RAZILIQ VERDİ - Bu ölkədə atəşkəs danışıqları baş tutacaq
09:47 Stresslə mübarizə üçün yeni metod hazırlandı
09:43 Daha 55 ailə Sarıcalı və Ballıcaya yola salındı
16:26 Qəbul imtahlarına hazırlaşan abituriyentlərə ŞAD XƏBƏR
16:20 Şimşək çaxacaq, dolu düşəcək - Sabahın hava proqnozu