hemle

Çadra və niqabdan istifadəni qadağan etdilər

Tarix:1-01-2025, 17:35
Baxış Sayı:577

 

İsveçrə hökuməti 2025-ci il yanvarın 1-dən ictimai yerlərdə üzü tam örtən geyim və geyim əşyalarının, o cümlədən çadra və niqabın istifadəsini qadağan edib.

Qadağanın pozulmasına görə 100 İsveçrə frankından 1000 franka qədər (110,2 dollardan 1102 dollara qədər) cərimə nəzərdə tutulur.

2021-ci ilin mart ayında keçirilən referendumda İsveçrə əhalisinin 51,2 %-i qadağanı dəstəkləyib. Əvvəllər bu məhdudiyyət yalnız Sankt-Qallen və Tiçino kantonlarında regional səviyyədə qüvvədə idi.

Qadağa müsəlman dindarların niqab və çadra kimi geyimlərinə, həmçinin futbol azarkeşlərinin geyindiyi balaklavalara şamil ediləcək. Onları artıq mağazalarda, restoranlarda, dövlət müəssisələrində və ictimai nəqliyyatda geyinmək qadağandır. Bununla belə, üzü örtən geyimləri ibadət yerləri, karnavallarda və ya soyuqdan qorunmaq məqsədilə geyinmək mümkün olacaq.

İsveçrə Prezidenti Karin Keller-Zutterin sözlərinə görə, qadağa İsveçrədə yaşayan 400 min müsəlmanın yalnız kiçik bir qismini əhatə edəcək. Siyasətçinin qeyd etdiyi kimi, onlardan yalnız 20-30 qadın niqab taxır.

Qadağanın tətbiqi ilə İsveçrə artıq oxşar qaydaların qüvvədə olduğu Avropa ölkələrinin siyahısına qoşulub. Bu ölkələrə Avstriya, Belçika, Bolqarıstan, Danimarka və Niderland daxildir. Fransa 2011-ci ildə üzü örtən geyimləri qadağan edən ilk ölkə olub.

Digər xəbərlər
10:16 Rusiyaya PUA hücumu: hava limanı bağlandı, təyyarələr eniş edə bilmir - TƏCİLİ
10:15 Ukrayna ilə Rusiya arasındakı müharibə bu il bitə bilər
10:12 Bu tarixdə insanlar yox ola bilər - Alimlərdən qorxulu proqnozlar
10:09 Yanvarın bu günlərində diqqətli olun! - XƏBƏRDARLIQ
09:56 Bu şəhərdə ictimai nəqliyyatdan istifadə pulsuz oldu
09:51 Ali məktəblərə keçid ballarında dəyişikliklər: Bu il nələr gözlənilir?
09:46 Alimlər insanlarda yeni qan qrupu ortaya çıxardılar
09:42 Səhər yeməyindən imtina etməyin təhlükələri nələrdir? - Rusiyalı həkimdən tövsiyə